vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ƏDƏBİYYAT  
23:25 | 9 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2755 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Şeirlərindən türk ətri gələn dahi»

Məhəmməd Əmin Rəsulzadə: «Yalnız farsca yazdığı üçün türk deməmək mümkündürmü? Əsla!!!»

Zaur ƏLİYEV,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

MÖVZU İLƏ ƏLAQƏLİ

3 aprel 1939-cu ildə Ukrayna şairi Nikolay Bajanın «Pravda» qəzetində məqaləsi çıxır. Məqalədə o, Stalinlə görüşündən danışırdı: «Yoldaş Stalin mənə azərbaycanlı şair Nizami ilə bağlı danışdı, onun əsərlərindən sitat gətirdi, o, bu sözlərlə onu əsaslandırmağa çalışırdı ki, Nizamini İran ədəbiyyatına vermək lazım deyil. Ona görə yox ki, farsca şeirlər yazıb, ona görə ki, o öz poemalarında farsca şeir yazmağa məcbur olduğunu və öz xalqıyla doğma dilində kontakta icazə verilmədiyini göstərir».

1947-ci il 22 sentyabrda SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonovun «Pravda» qəzetində belə bir məqaləsi dərc olunmuşdu: «Aydındır ki, Nizami farsca yazıb, Azərbaycan xalqının düşmənləri olan burjua tarixçiləri, İran milliyyətçiləri tərəfindən Nizaminin fars şairi kimi qələmə verilməsi və onu vətəni Azərbaycanla əlaqəsinin olmaması faktı ilk dəfə deyil, ancaq bu həyasız yalan heç kimi aldada bilmədi.

Yevgeni Bertels tərəfindən hazırlanan Böyük Sovet Ensiklopediyası 1939-cu ildə Nizamini Azərbaycan şairi kimi təqdim etdi və 1940-cı ildən sonra artıq Nizaminin azərbaycanlı olması bütün sovet alimləri tərəfindən qəbul olundu.

Alman yazıçısı İohan Şerr: «Nizami ata tərəfdən türk idi».

Amerika tarixçisi Lev Slyozkin 1934-cü ildə SSRİ Yazıçılar Birliyinin birinci Konqresində nümayəndə heyətinin üzvü kimi çıxış edərək, Nizami Gəncəvini «Gəncədən olan türk» adlandırıb.

İran ədəbiyyatşünasları: «Nizami Gəncəvi farsca yazıb, amma ondan türk ətri gəlir».

Məhəmməd Əmin Rəsulzadə: «Yalnız farsca yazdığı üçün türk deməmək mümkündürmü? Əsla!!!»

Əsərlərini ərəbcə yazdıqları halda, türklük haqqındakı duyğuları ilə, türk mədəniyyəti və vətənpərvərliyi tarixində müstəsna yer tutan Kaşğarlı Mahmudlar, Ğurlu Fəxrəddin Mübarəkşahlar, Zəməxşərli Mahmudlar nə qədər türkdürlərsə, Nizami də onlar qədər türkdür!

Qərb tədqiqatçılarından Hammer, Baxer, Rutter, Erdman, Atkinson, Duda, Vilson, Blend kimi şərqşünaslar onu türk adlandırıblar.

«Nizami bəşəriyyətə nə lazımsa miras qoyub getmişdir. Biz, ondan daha nə istəyə bilərik?» deyən Akademik Bertels belə düşünüb

«Əgər yer kürəsi tərəzi, göylər tərəzi daşı olsa belə, Nizami zəkasını çəkmək mümkün deyil», deyib Ə.Nəvai.

Filosof-şair Hote: «Şeir aləmində çox peyğəmbərlər olmuş, lakin Allah təkdirsə, Nizami də təkdir».

«Dünyadakı şairlərin heç biri ilə Nizamini müqayisə etmək olmaz.» V.Dəstgerdi.