vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ENERGETİKA  
16:57 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2851 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

45-dən 59 sentə

Qazaxıstanda benzin bahalaşdı, bəzi yanacaqdoldurma məntəqələrində uzun növbələr, bəziləri isə bağlıdır!

MÖVZU İLƏ ƏLAQƏLİ

Qazaxıstanın baş naziri Bakıtjan Sagintayev oktyabrın 10-da Astanada hökumətin iclasında deyib ki, energetika naziri Kanat Bozumbayevə töhmət verilməsi üçün prezident Nursultan Nazarbayevə təqdimat verəcək. Səbəb kimi də benzinlə bağlı yaranan vəziyyəti göstərib. Son günlər ölkədə benzinin qiyməti qalxır, benzindoldurma məntəqələrində uzun növbələr yaranıb.

Yeri gəlmişkən, 3 il qabaq Nazarbayev demişdi ki, «Qazaxıstanda benzin çatışmazlığı gülməlidir».

Baş nazir Sagintayev özünün səlahiyyətində olan qərarlar barədə deyib ki, Energetika nazirinin müavini Aset Magayovu artıq işdən çıxardıb. Baş nazirin əmri ilə dövlət şirkəti olan «KazMunayQaz» vitse-prezidenti Daniyar Berlıbayev də işdən qovulub. «KazMunayQaz»ın rəhbəri Sayat Mınbayevə isə töhmət verilib.

Bununla belə, «Reuters»in məlumatına görə, oktyabrın 10-da Qazaxıstanın ən böyük şəhəri olan Almatıda bir çox yanacaqdoldurma məntəqələri ya işini dayandırmışdı, ya da benzin verilməsini azaltmışdı, bəzi məntəqələr isə qiymətləri kəskin qaldırıb. Keçən həftə litri 155 təngəyə, yəni dollar hesabı ilə 45 sentə olan benzin indi 200 təngəyə - 59 sentədir.

Növbələrin və bahalanmanın səbəbini bir sıra hökumət rəsmiləri Qazaxıstanda benzin çatışmazlığında görür.

Baş nazir isə hökumət iclasında deyib ki, ölkədə guya «benzin çatmır» – deyənlər bəhanə gətirir və öz öhdələrinə düşən işdən yayınırlar.

Hökumətin iclasında çıxış edən energetika naziri Bozumbayev də deyib ki, Qazaxıstanda benzin kifayət qədərdir.

Bəs, benzin növbələri niyə yaranır? Baş nazirin izahına görə, bütün problemlər neftayırma zavodlarının təmirinə görə yaranıb.

«Pavlodar neft-kimya zavodunun təmirinin yazdan payıza keçirildiyi haqda məktubu hələ maydan göndərmişik. Hamı gözəl bilirdi ki, bir-birinin ardınca iki zavod təmirə dayanacaq. Boş yerə gərginlik yaratdılar. Məzənnədəki fərqdən danışmaq, idxalın payının artmasını misal çəkmək, - bütün bunlar hamısı bəhanədir. Bütün bu izahlarla mən razılaşa bilmərəm. Hesab edirəm ki, bunlar bəhanədir, öz birbaşa öhdəliyindən yayınmadır».

Qazaxıstanda 3 böyük neftayırma zavodu var. Onlardan biri sentyabrın 21-də təmirə dayanıb.

Ancaq hər 3 zavod işləyəndə belə, Qazaxıstan yanacağın 3-də 1-ni Rusiyadan alırdı.

İndi Qazaxıstan hökumətində təkliflər səslənir ki, Rusiyadan daha çox yanacaq alınsın.

 

***

 

Qazaxıstandakı benzin ətrafındakı vəziyyət Azərbaycana təsir edə bilərmi və ya Azərbaycan bundan yararlana bilərmi?

Neft məsələləri üzrə ekspert İlham Şaban deyir ki, Azərbaycan Qazaxıstandan benzin almır ki, Qazaxıstanda bu vəziyyət Azərbaycanda bahalanmaya gətirə və ya Azərbaycanın artıq benzini yoxdur ki, Qazaxıstana sata.

İlham Şaban qeyd edib ki, Azərbaycanın buraxılmış imkanından danışmaq olar: «Azərbaycanın 2015-ci ildən müasirləşdirməyə başladığı Heydər Əliyev adına neftayırma zavodunda bu müasirləşdirmə tezliklə başa çatdırılsaydı və ya Azərbaycan yeni neftayırma zavodu tiksəydi, bu gün Azərbaycan Qazaxıstana benzin sata bilərdi».

İlham Şaban onu da deyir ki, Qazaxıstanda indiki benzin böhranı ona görə yaranıb ki, milli pul – təngə düşür, Qazaxıstanın xaricdən aldığı benzin bahalanır. Regionlarda yeni qiymətə bu benzini ala bilmirlər, köhnə qiymətə isə satmaq istəyən yoxdur.