vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BANK, BİRJA, SIĞORTA  
23:31 | 5 noyabr 2017 | Bazar Məqaləyə 2711 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İki böyük kapital birləşir?

Vahid Ələkbərov Azərbaycanda daha bir bank ala bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın iki bankı – «NIKOIL Bank» və «AccessBank» birləşmə barəsində danışıqlar aparırlar. Bu barədə «Trend»ə bank bazarındakı mənbə deyib.

Mənbənin verdiyi məlumata görə, danışıqlar ilkin mərhələdədir, lakin mənbə dəqiqləşdirib ki, söhbət «AccessBank»ın «NIKOIL Bank»ın tərkibinə keçməsindən gedir.

Hər iki bankın kapitalında xarici kapital mövcuddur. «AccessBank» 100 faizlik xarici bankdır, onun səhmdarları Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, «KfW», «LFS Financial Systems» alman şirkəti və «AcessHolding»dir.

«NIKOIL Bank»ın səhmdarları sırasında yerli şirkətlər («TOPAZ Investments», «ISR Holding») və fiziki şəxslər olsa da, son benefisiar Rusiyanın neft-qaz nəhəngi LUKOIL-un rəhbəri Vahid Ələkbərovdur.

Qeyd olunur ki, birləşmiş bankın aksiyalarının necə bölünəcəyi hələlik məlum deyil.