Bir telekanal cərimləndi...
... İkisinə isə xəbərdarlıq etdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Mirşahin yeni kanal açdı
Keçmiş ANS-çilər REAL brendi altında yenidən başlayır
-
Teleradio Şurası kanalların «ayıbına» göz yumur
Əksəriyyəti tələblərə əməl etmir
-
Efir məkanında nizam-intizam?!
+12, +18 və digər yaş məhdudiyyətlərinin qoyulması qaydaları açıqlandı
-
Gedək üzü işığa...
...Yaxud başına gələn başmaqçı olar
-
«Bu cənab prezidentin hədiyyəsidir»
Əli Həsənov: «Hədiyyəni isə heç vaxt müzakirə etməzlər»
-
Liderin evi
Media çoxtərəfli basqı altındadır
-
Prezidentin «Yazın!» hədiyyəsi 255 mənzilə sığmaz
Bu etimadı itirmək təhlükəsinin milyonda bir ehtimalı belə, ağlının ucundan keçirəndə diksinirsən
-
«Prezident həqiqəti yazmağı tövsiyə etdi»
Əli Həsənov: «Təəssüf ki, bu gün fəaliyyət göstərən və ehtiyacı olanlara ev ayıra bilmədik»
-
Xeyirli olsun, amma...
Jurnalistə ev verməzdən əvvəl ona informasiya vermək lazımdır
-
«Jurnalistika cəmiyyətin inkişafında mühüm rol oynayır»
İlham Əliyev: «Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz azadlığı təmin olunur»
-
Bu dəfə də 5 milyon manat
Jurnalistlər üçün tikiləcək üçüncü binanın tikintisinə maliyyə ayrıldı
-
«Orda da 255 mənzil olacaq»
Vüqar Səfərli üçüncü binadan danışdı
-
Siyahıda kimlərin adları var?
Çox inanılmaz faktlar açıldı, hətta xanımından boşananlar da var
-
Sabah açıqlanacaq
Vüqar Səfərli: «Bu, cənab Prezident İlham Əliyevin jurnalistlərə hədiyyəsidir»
-
«Hər kəsin haqq-ədalət anlayışına baxışı fərqlidir»
«Jurnalistlərin ödənişsiz təmirli mənzill təminatı nəinki nəzərdə tutulmurdu, heç ağla belə gətirilmirdi»
-
Uşaqların müdafiəsində yeni mərhələ
Hər bir reklam çağırışı qərar qəbul etmək iqtidarında olan insana yönəlməlidir
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Şuradan mətbuata verilən xəbərə görə, iclasda «Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası», «ANS Müstəqil Yayım və Media Şirkəti», «Lider TV və Radio Azərbaycan» MMC tərəfindən «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.
İclasda «Televiziya və radio
yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.7,
35.11-ci maddələrinin tələblərini pozduğuna görə «Lider TV və Radio Azərbaycan»
MMC-yə, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun
35.2-ci maddəsinin tələblərini pozduğuna görə «Azad Azərbaycan Müstəqil
Teleradio Kompaniyası»na xəbərdarlıq edilib.
Həmçinin «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.5, 35.11-ci maddələrini, «Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar»ın 2.2, 2.4, 2.8-ci bəndlərinin tələblərini pozduğuna görə «ANS Müstəqil Yayım və Media Şirkəti» Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.1-ci, 187-1.0.4-cü maddələrinin tələbinə uyğun olaraq 1000 (min) manat məbləğində cərimə edilmişdir.