ABŞ Zərrabın əliylə zər tutur
Prokurorlar biznesmenin əvəzinə Türkiyə rəsmilərini mühakimə etməyə hazırlaşır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
«Financial Times» yazır ki, ABŞ-da biznesmen Zərrabın işi kimi tanınan istintaqın məhkəməsində yeganə müttəhim Türkiyənin dövlət bankı «Halkbank»ın vəzifəli rəsmisi Mehmet Hakan Atilla olacaq.
«Reuters» agentliyi məhkəmədən aldığı məlumata əsasən bildirib ki, Rza Zərrab bu iş üzrə yalnız şahid qismində dindirilə bilər.
Bu da qeyd olunur ki, ABŞ prokurorları bu iş üzrə həm də Türkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Caglayanı ittiham edirlər.
FT yazır ki, məhkəmənin ciddiliyi Ərdoğan hökumətini hətta Gülən məsələsini də unutmağa məcbur edib. Məhkəmə prosesində Ərdoğanın yaxın çevrəsinə daxil adamların danışıqları olan lentlər də açılana bilər.
Adının çəkilməsini istəməyən bir Ankara rəsmisi deyib ki, «bu çox ciddi məsələdir».
«Biz ABŞ-la bir problemi həll etməmiş üç yeni problem yaranır», - rəsmi deyib.
Rəsmi etiraf edib ki, Türkiyə ABŞ və Avropadan uzaqlaşaraq Rusiya və İranla alyansa meyl edib və indi, hələ gec deyilkən Qərb Türkiyənin strateji önəmini başa düşməlidir.
FT yazır ki, Türkiyə ədliyyəsi, deyəsən, Zərrabın mühakiməsinin Tramp administrasiyasından asılı olmadığını elə də yaxşı dərk eləmir.
Bu iş Türkiyənin 6 bankının 20 milyard dollar məbləğində cərimə edilməsi barədə hökmlə başa çata bilər. Türkiyənin maliyyə bazarında baş verənlər nəzərə alınarsa, bu, Ankara üçün ağır zərbə olardı. ABŞ-ın İran sanksiyalarını pozduğuna görə fransız banklarından BNP Paribas üç il bundan əvvəl 8, 9 milyard dollar ödəməli olmuşdu.
Ərdoğan 20 milyard dollarlıq cərimənin öhdəsindən gələ bilərmi?
«Ödəsən təqsirini etiraf etmiş olacaqsan, - bir məşhur maliyyəçi deyib, - Ödəməsən, beynəlxalq bank sistemi ilə əlaqən bloklana, dövlət aktivlərin müsadirə edilə bilər».
FT yazır ki, bir çox müşahidəçilər Ərdoğanın Zərrab işinin ciddiliyini tam başa düşdüyünə şübhə edirlər.
«Express» yazır ki, Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ İrana qarşı ABŞ sanksiyalarını pozmaqda ittiham olunan Rza Zərrabın işini «heç şübhəsiz Türkiyəyə qarşı hazırlanmış qəsd və heç bir hüquqi əsası olmayan iş» adlandırıb.
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeni iqamətgahının açılışında çıxış edən Bülənd Turan isə deyib: «Mən bunu xüsusilə vurğulamaq istəyirəm. Bu adam (Zərrab) ixracatla məşğul olub. Üçüncü bir ölkə başqa iki ölkə arasındakı ticarətə müdaxilə edə bilməz».
Baş nazirin müavini isə deyib ki, ola bilsin, Zərrabı hədələyərək «ittihamları öz üstündən atmağa məcbur ediblər».
«Express» yazır ki, Zərrabla bağlı iş ABŞ-ın kürdlərə dəstəyindən narazı olan Ankara ilə Vaşinqton arasında daha bir gərginlik mənbəyinə çevrilib.
ABŞ hakimiyyət orqanları bildirilər ki, Zərrabın Türkiyə hökumətinin yuxarı eşelonları ilə yaxşı əlaqələri olub.
Cənab Bozdağ deyib: «Onlar Zərrab işindən istifadə edərək Türkiyə üzərinə müəyyən sanksiyalar qoymağa çalışırlar, amma İranla Türkiyə arasında olan ticarət bizim qanunlarımıza və beynəlxalq qanunlara tamamilə uyğundur».
Siyasətçilər ittihamları rədd edirlər, Türkiyə hökuməti isə ittiham edilənlərin Türkiyə və beynəlxalq qanunları pozmadıqlarını bildirir.
Türkiyə hökuməti bundan əvvəl bildirmişdi ki, bu iş siyasi motivlidir və ABŞ-da yaşayan müsəlman vaiz Fətullah Gülənin tərəfdarları tərəfindən quraşdırılıb.