
“Bu həftə Türkiyəyə gedə bilərəm”
Tramp: “Suriyaya qarşı sanksiyaları ləğv etməyi düşünürük”
Tramp: “Suriyaya qarşı sanksiyaları ləğv etməyi düşünürük”
Meksika hökuməti “Google” şirkətini məhkəməyə verir
İranda 13 qadın bir anda zəhərləndi!
Çin və ABŞ qarşılıqlı tariflərin azaldılması ilə bağlı razılığa gəliblər
ABŞ prezidenti Roma papasını tənqid edən tərəfdaşının “qulağını çəkib”
Skulpturun 2,75 metrlik tunc variantının hazırlanması da planlaşdırılır
Uranın zənginləşdirməsi tamamilə dayandırılmalıdır
Britaniyada İsrail səfirliyinə hücum planı qurumun daxilindəki radikal qrup tərəfindən hazırlanıb
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
İsrailin müdafiə naziri İrana hücumla hədələyib
ABŞ Müdafiə Nazirinin şifrələri oğurlanıb internetdə yayımlandı
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
«The Guardian» yazır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo (Mike Pompeo) İran hərbiyyəsinin ən rütbəli generallarından birinə xəbərdarlıq məktubu göndərib.
Bu məktubda Pompeo Tehranı İraqdakı hər hansı ABŞ maraqlarına mümkün hücumlardan çəkindirib.
İrana qarşı kəskin mövqeyi ilə fərqlənən Pompeo deyib ki, məktub İslam İnqilabı Keşikçilərinin (SEPAH) rəhbəri general Qasım Süleymaniyə göndərilib.
Seçmə Qüds qüvvələrinin komandanı bu məktubu heç oxumadığını bildirib.
«Mən ona mesaj göndərmişəm. Ona görə göndərmişəm ki, o, öz nəzarətində olan qüvvələrin ABŞ-ın İraqdakı maraqlarına hədə yarada biləcəyinə işarə edib. Onun məktubu heç açmaq belə istəməməsi, deyim ki, çox da xətrimə dəyməyib», - Pompeo Kaliforniyadakı Simi vadisində yerləşən Ronald Reagan Fondunun keçirdiyi müdafiə forumunda deyib.
MKİ rəhbəri deyib ki, o bu məktubda Süleymaniyə şəxsən onun və Tehranın mümkün hədələrə görə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edib.
«Biz istədik ki, bu xəbərdarlıq ona və Tehrana büllur kimi aydın olsun», - deyib Pompeo.
Pompeo bildirib ki, İran hazırda öz nüfuzunu bütün Yaxın Şərq boyunca yaymağa çalışır.
Kanzas ştatından respublikaçı konqresmen Mike Pompeo İranla dünya gücləri arasında imzalanmış nüvə sazişindən narazıdır.
Bu sazişə uyğun olaraq, İranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində onun üzərindəki beynəlxalq sanksiyaların qaldırılması barədə qərar qəbul edilib.
İranda ali rəhbər ayətüllah Əli Xameneyinin administrasiya başçısı Məhəmməd Məhəmmədi Qolpayeqan deyib ki, Süleymani sözü gedən məktuba əhəmiyyət verməyib.
«Bu yaxınlarda MKİ özünün regiondakı kontaktlarından birinin vasitəsilə general Süleymaniyə məktub göndərib. Süleymani bizə dedi ki, nə belə məktub alıb, nə də onu oxuyub. General deyib ki, onun bu adamlara deyiləcək sözü yoxdur», - deyə Qolpayeqan məlumat verib.