Şirkətdə korrupsiya faktı
«UNİMAC Az» MMC-nin əməkdaşının qanunsuz hərəkətləri barədə məlumat var
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Sevil» MMC möhürləndi
Şirkətin işçiləri, menecerləri, mühasibləri saxlanılıb, rəhbərinin isə ...
-
Saxta diplom satanın evi yandı...
Müəllimlər İnstitutunun kafedra müdiri isə saxtakarlığın sayına inanmadı
-
İcra başçısının qardaşına şok ittihamlar
Lerik sakini deyir ki, «Cavanşir» MMC 7 ildə 4 milyon yeyintiyə yol verib
-
Sahibkarın istintaqı yekunlaşdı
Prokurorluq cinayət işini məhkəməyə göndərdi
-
İnstitutda korrupsiya
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan elmi mərkəzdə soyğunçuluq törədilib
-
Ötən il hansı nazirlikdə korrupsiya çox olub?
Korrupsiyaya qarşı Mübarizə İdarəsi hesabat açıqladı
-
«UNİMAC Az» MMC-nin əməkdaşının qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumat araşdırılıb.
Baş prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, araşdırma zamanı şirkətin satış təmsilçisi Anar Xəlilzadənin tikinti materiallarının satışından qəbul etdiyi 17.0 min manat vəsaiti müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəməsində və bununla da cəmiyyətə külli miqdarda ziyan vurmasında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.