
EKTİS nə üçün lazımdır?
İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları sistemdə qeydiyyatdan keçəcək
İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları sistemdə qeydiyyatdan keçəcək
Nazir dövlət istiqrazlarından danışdı
Prezident Maliyyə Nazirliyinin bir neçə səlahiyyətini Vergilər Nazirliyinə verdi
Nazirlik açıqlama yaydı: “İxracın 5 ton artması 150-170 min istehsal qarşısında qıtlıq yarada bilməz”
Səbəb “pambıq”dır, yoxsa gömrük?
Dövlət istiqrazlarına maraq kəskin artıb
Oliqarxların büdcəyə təzyiqləri məhdudlaşdırılır
Nazirlikdən taxıl sahələrini yandıranlara xəbərdarlıq
“ASAN”dan nazirliyə növbəti transfer
Boş qalan vəzifəyə ...
“Kiçik padşahlar”ın zəbt etdikləri torpaqlar geri alınacaq
Sabiq nazirin depressiyaya düşdüyü deyilir
“Bizim vəzifəmiz kəndlilərə, fermerlərə yaxın olmaqdır”
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinatlar
Dünyada orta qiymət 3000-dir, amma Azərbaycan 8000 dollara satır
Hərrac olacaq
Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun vəzifəli şəxslərin adı hallanan korrupsiya faktları ilə bağlı Baş Prokurorluq açıqlama yayıb. Məlumatda deyilir ki, elmi mərkəzdə dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol vermələri barədə Maliyyə Nazirliyindən daxil olmuş materiallar Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı institutun vəzifəli şəxsləri tərəfindən öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq 2006-2013-cü illərdə ştatda olan və ştatdankənar işçilərə işləmədikləri halda onların adına qanunsuz olaraq 14.0 min manat məbləğində əmək haqqının hesablanması, işçilərə əsassız olaraq 34.3 min manat məbləğində əmək haqqının ödənilməsi, məzuniyyət haqqının və ezamiyyət xərclərinin düzgün hesablanmaması nəticəsində işçilərə 38.7 min manat məbləğində, istifadəyə yararsız avtomaşınların sürücülərinə qanunsuz olaraq 12.2 min manat məbləğində artıq əmək haqqının ödənilməsi, 77.7 min manat dəyərində inventar və avadanlığın çatışmazlığı, müxtəlif işlərin görülməsi adı ilə 26.1 min manat, dərman preparatları üçün 61.3 min manat, nəqliyyat vasitələrinə yanacaq adıyla 5.1 min manat məbləğ institutun hesabından silinib. Bütün bunlar yanaşı digər qanun pozuntularına yol vermələrində də əsaslı şübhələr var. Baş Prokurorluqda adıçəkilən faktlarla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.