vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
11:15 | 27 fevral 2018 | Çərşənbə axşamı Məqaləyə 2168 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İnithar edən hərbçinin törətdiyi qətliam

Əsgər Ohanyan zabiti və beş erməni hərbçisini öldürür, ikisini yaralayır...

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan ordusunun Türkiyə ilə sərhəd istiqamətində, İrəvandan 50 kilometr məsafədəki hərbi hissələrindən birində 22 yaşlı əsgər Mkrtıç Ohanyan zabiti və daha beş hərbçini güllələyib öldürür. Ohanyanın atdığı güllələrdən daha iki əsgər yaralanır, onun özü isə zabitin tapançasını götürüb hərbi hissədən qaçır...

Virtualaz.org xəbər verir ki, bu əhvalat düz 20 il əvvəl-1988-ci ilin fevralında baş verib. Əhvalatı xatırladan isə «Sputnik Armenia» agentliyinin rəhbəri Dmitri Pisarenkodur. Pisarenko həmin dövrdə NTV-nin İrəvandakı xüsusi müxbiri olub, indi o vaxtaşırı olaraq NTV ilə birlikdə «Zaman maşını» layihəsi çərçivəsində özünün arxiv reportajlarını yayır.

Xidmət yoldaşlarını güllələdikdən sonra əsgər Ohanyan yaxın kəndlərdən birinə gedir, orada sakinləri silahla hədələyərək özünə mülki paltar götürür və bəzi məlumatlara görə Türkiyəyə keçməyə çalışır. Digər versiyaya görə isə Ohanyan valideyinlərinin yaşadığı Rusiyaya qaçmaq istəyirdi.

Silahlı dezertirə görə Yerevanın bütün yollarında postlar qoyulur, aeroporta giriş nəzarətə götürülür, hərbi polis bütün nəqliyyat vasitələrini yoxlayır. O vaxtkı müdafiə naziri, Qarabağ müharibəsində öz qəddarlığı ilə tanınmış qaniçən Vazgen Sərkisyan mətbuat konfransı keçirib hadisəni «Ermənistan ordusu tarixində ən dəhşətli faciə» adlandırır.

Bir sutkadan sonra hərbi patrul Ohanyanın izinə düşür və o, çıxılmaz vəziyyətdə qaldığını başa düşərək İrəvanın mərkəzi meydanına qaçaraq tapança ilə başından atəş açaraq intihar edir...