“Birdən uşaq yesəydi?”
Fransada çörəyin içindən çıxan qorxutdu
            					
            	
                15:56 | 26 noyabr 2022 | Şənbə
                Məqaləyə 1027 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                Fransada çörəyin içindən çıxan qorxutdu
                                Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
                                Bir çox tarixi faciələrdə rusun adını pozub ...
                                Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
                                1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
                                Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
                                Müstəqillik dövründə ilk dəfə ...
                                Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
                                ... Cənubi Qafqazda sabitliyə təhdid
                                Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
                                Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
                                İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
                                Avropa ölkəsində son dörd ilin ən zəif artımı baş verir
                                “Yüksək tələbat səbəbilə marketlər günün ikinci yarısında boş qalır”
                                Fransada şirkətlər xüsusi detektiv tutur
                                “Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
Azərbaycan Emmanuel Makrona jest edərək Fransa prezidentinin Praqa görüşündə 4-cü tərəf qismində iştirakına razılıq verdi. Özünə hörmət edən heç bir dövlət parlamenti bu jestin qarşılığında fransızların etdiklərini ağlına belə gətirməzdi. Fransa Senatı isə Azərbaycana qarşı daha böyük azğınlıq ortaya qoydu...
İlham Əliyevin “dekabrın 7-də Brüssel görüşü olmayacaq” bəyanatı Qərb mətbuatında geniş rezonans doğurub.
Ermənistan və Azərbaycan rəhbərliyi əsasən Moskva, Brüssel və Vaşinqtonda görüşüblər. Moskvanın tərəflərə təsir imkanları getdikcə zəifləyir. Ona görə də sonuncu Moskva görüşü demək olar ki, nəticəsiz başa çatdı. Brüssel görüşünün qarşısını isə Emmanuel Makron kəsdi. Hazırda tərəflər yalnız Vaşinqton müstəvisində görüşə bilərlər...
Şübhəsiz ki, Emmanuel Makronun yersiz müdaxiləsi rəsmi Vaşinqton üçün yeni imkan yaradıb. Təbii ki, ABŞ bu imkanı əldən verməyəcək.
Əlbəttə, o da mümkündür ki, Avropa İttifaqı Emmanuel Makronla bağlı problemi aradan qaldıracaq. Vaşinqtonla Brüssel demək olar ki, eyni mövqedən çıxış edir. Amma bu iki siyasi mərkəz arasında da rəqabət var. Paşinyanın bəyanatına qədər, Brüssel bu rəqabətdə xeyli irəlidə idi. Emmanuel Makronun iddialı tələbindən sonra Brüssel əldə etdiyi üstünlükləri itirə bilər. Aydındır ki, Brüsseldə bütün bunları hesablayan, təhlil edən beyin mərkəzləri var. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Brüssel görüşünün baş tutması üçün konkret hansı addımlar atacaq? Konkret cavab vermək çətindir. Ancaq o, son dərəcə təcrübəli siyasətçidir. Kifayət qədər manevr imkanları da var...
P.S.: Fransanın marağı bəllidir. Rəsmi Paris İrəvan üzərindən Ankara və Bakıya təzyiq etmək xətti tutub. Bəxtimiz onda gətirib ki, Ermənistan çox balaca və iqtisadi imkanları ondan da balaca bir ölkədir. Fransanın isə Cənubi Qafqazda söykənə biləcəyi başqa bir ölkə yoxdur...