«Baş bankir»in başı dərddə
Avstriyada Azərbaycan Mərkəzi Bankının rəhbərliyi ilə bağlı qalmaqallı korrupsiya məhkəməsi başlayır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Mərkəzi Bankın qanunsuz kreditləri
Elman Rüstəmov məsuliyyətə cəlb ediləcəkmi?
-
Rəqəmsal bankçılığın əngəli qalxdı
Elman Rüstəmov rəqəmsal bankçılığın inkişafında nə ilə yadda qalacaq?
-
Bank sektorunda canlanma gözlənilir
Rüstəmovun fəaliyyətində əsas nöqsanı ...
-
Manatın materialı dəyişəcək
Mərkəzi Bank polimer pula keçməyi planlaşdırır
-
“Xocalıya ədalət” yanğısı Vyanada
“Ermənistan insanlıq qarşısında cavab verəcək”
-
Başbankirin sevmədiyi kəlmə
Elman Rüstəmov: “… sözündən az istifadə edin”
-
Rüstəmov devalvasiyanı etiraf etdi?!
Baş bankir jurnalistlərə seminar keçmək istəyir, şəxsən
-
Şərifovla Rüstəmovun limiti
Seçkidən sonra hakimiyyət komandasında olmayacaq məmurlar
-
«Tam razıyam»
Elman Rüstəmov: «İnflyasiya bizim başlıca problemimizdir»
-
«İlin sonunadək manat bahalaşa bilər»
Elman Rüstəmov: «Müsbət tendensiyalar onun göstərir ki, ...»
-
«Çox xoş haldır ki, öz Vətənimizdə bizi belə yüksək dəyərləndirirlər»
Vyanada yaşayan məşhur opera müğənnisindən prezidentə məktub
-
«Biz səlahiyyət həddini aşdıq»
Qüdrət Həsənquliyev: «Hansı ağlı başında olan adam bu ölkəyə yatırım qoyar?»
-
Deputat nazirlərə səsləndi
«Samir müəllim, Elman müəllim, biz bununla xalqın belini qırırıq»
-
Baş bankir DB rəsmisi ilə müzakirə apardı
«Azərbaycanda maliyyə sabitliyinin təmin edilməsi üçün xüsusi proqramlar həyata keçirilir»
-
«Elman Rüstəmov iki ayağını bir başmağa dirədi...»
Araz Əlizadə: «Nuru paşa Gəncədə oturmuşdu, qızıl tələb edirdi»
-
MB-nin şişirdilmiş aparatı
Səlahiyyət alınıbsa, keçmiş heyət indi nə işə baxır?
Gələn həftənin əvvəlində - fevralın 17-də Vyanada Avstriyanın Mərkəzi Bankının törəmə müəssisəsi, banknot çap edən «OeBS» şirkətinin rəhbərliyinin işi üzrə məhkəmə prosesi başlayır.
Virtualaz.org saytı Avstriya mənbələrinə istinadən xəbər verir ki, prosesdə «OeBS» şirkəti ilə Azərbaycan və Suriyanın Mərkəzi banklarının rəhbərləri arasında korrupsiya sövdələşməsi araşdırılacaq.
Cinayət işinin materiallarına əsasən 2005-2011-ci illərdə «OeBS» şirkəti ilə Azərbaycan Mərkəzi Bankı arasında milli valyutanın-manatın çapına dair bağlanmış müqavilələrdən Mərkəzi Bankın rəsmilərinə 20 faiz həcmində «şapka» ödənilib. Rüşvət pulları Panamada qeydiyyatdan keçmiş offşor şirkətin hesablarına köçürülüb.
Bu rüşvət və korrupsiya qalmaqalı ilə bağlı Avropa mətbuatı uzun müddət yazıb. Avstriya prokurorluğu iş üzrə 9 nəfər, o cümlədən «OeBS» şirkətinin keçmiş baş direktoru Maykl Volfa qarşı mütəşəkkil cinayətkar qruplaşma yaratmaq, mənimsəmə, rüşvət və çirkli pulların yuyulması ittihamları irəli sürüb. Onları 10 ilə qədər həbs cəzası gözləyir. Müttəhimlər həmçinin digər maliyyə cinayətlərinə və vergilərdən yayınmağa dair ittihamları cavablandırmalıdır.
83 səhifəlik ittiham aktında göstərilir ki, «OeBS» şirkəti Azərbaycan və Suriya Mərkəzi banklarının sifarişlərinə əsasən bu ölkələrin milli valyutalarını çap edib. Əvəzində Azərbaycan Mərkəzi Bankının rəhbərlərinə müqavilənin ümumi dəyərinin 20 faizi, Suriya Mərkəzi Bankı rəsmilərinə isə 14 faizi həcmində «şapka» ödənilib. Rüşvət qismində offşor şirkətin hesabına azı 14 milyon avro köçürüldüyünə dair sübutlar var.
Müttəhimlər kürsüsündə həmçinin Avstriya Mərkəzi Bankının keçmiş vitse-qubernatoru Volfhanq Duchatek, Mərkəzi Bankın keçmiş şura üzvü Con Miller, «OeBS» şirkətinin marketinq, satış və idarəetmə departamentlərinin rəhbərləri də yer alır. İşə hakim Georq Osçak baxacaq. Müttəhimləri bir çox tanınmış vəkillər - Manfred Ainedter, Herbert Eyçenseder və digərləri müdafiə edir.
Məhkəmə prosesinin ilk gününün xeyli izdihamlı olacağı gözlənilir, növbəti proses isə gələn həftənin çərşənbə və cümə günlərinə təyin edilib.
«Kuryer» qəzeti cinayət işinin materiallarına istinadən yazır ki, «şapka» pulları Panamada qeydiyyatdan keçən, sahibi kimi İsveçrə vətəndaşlığı olan 73 yaşlı qadın göstərilən «Venkoy» adlı offşor şirkətin hesabına köçürülüb. Lakin hərdən vasitəçilər Bakıdan və Dəməşqdən Vyanaya gedərək «şapka»nı nağd halda da götürüblər.
Prokuror bildirir ki, ittiham olunan şəxslərə qarşı cinayət işinin materiallarından əlavə tutarlı şahid ifadələrinə də malikdir.
Qeyd edək ki, Avstriya prokurorluğu Azərbaycan tərəfdən rüşvəti alan şəxslərə qarşı ittiham irəli sürməyib, ancaq məhkəmə prosesində onların adlarının çəkiləcəyi və digər detalların açıqlanacağı gözlənilir. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov indiyədək bu rüşvət qalmaqalını şərh etməyib.