Baş bankir DB rəsmisi ilə müzakirə apardı
«Azərbaycanda maliyyə sabitliyinin təmin edilməsi üçün xüsusi proqramlar həyata keçirilir»
Yeganə LAÇINZADƏ, «APA-Economics»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
AMB uçot dərəcəsini endirib
Dəyişiklik kredit faizlərinə təsir edəcəkmi?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
“Xahiş edirik ...”
Mərkəzi Bankdan xəbərdarlıq
-
Kredit faizləri niyə yüksəkdir?
Mərkəzi Bank sistemli tədbirlərinə ehtiyac var
-
Mərkəzi Bankın qanunsuz kreditləri
Elman Rüstəmov məsuliyyətə cəlb ediləcəkmi?
-
Mərkəzi banka yeni sədr təyin olundu
Taleh Kazımovun dosyesi...
-
Rəqəmsal bankçılığın əngəli qalxdı
Elman Rüstəmov rəqəmsal bankçılığın inkişafında nə ilə yadda qalacaq?
-
Bank sektorunda canlanma gözlənilir
Rüstəmovun fəaliyyətində əsas nöqsanı ...
-
ARKM sözünü tutmur
Mərkəzi Bank Konstitusiya Məhkəməsinin qərarlarını qabaqcadan necə bilir?
-
“İlk 10-luqda olmayıblar”
Nə bazar payına, nə də aktivlərin həcminə görə ...
-
Manatın materialı dəyişəcək
Mərkəzi Bank polimer pula keçməyi planlaşdırır
-
Başbankirin sevmədiyi kəlmə
Elman Rüstəmov: “… sözündən az istifadə edin”
-
Xaricdən göndərilən pulda artım
Bu rəqəm ötən ilə nisbətən 225, 2016-dan isə 391 milyon dollar çoxdur
-
Dollar hamını təzyiq altında saxlayır
Bütün dünya FED rəhbərlərinin açıqlamalarını gözləyir
-
Dollar son bir ilin maksimumunda
Bu qədəri heç görünməmişdi
-
Rüstəmov devalvasiyanı etiraf etdi?!
Baş bankir jurnalistlərə seminar keçmək istəyir, şəxsən
Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AMB-dən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı DB-nin Azərbaycanda həyata keçirilən proqramı və əməkdaşlıq imkanları müzakirə edilib.
Nümayəndə heyətinin rəhbəri Siril Müller təmsil etdiyi qurumun Azərbaycanda fəaliyyətinin uğurla davam olunmasında göstərdiyi dəstəyə görə Mərkəzi Bankın sədrinə öz təşəkkürünü bildirib. Ölkədə aparılan iqtisadi islahatların əsas istiqamətlərini təqdirəlayiq hesab edərək görülən tədbirləri, ölkənin üzləşdiyi yeni çağırışların həllində Mərkəzi Bankın fəal iştirakını vurğulayıb. S.Müller ölkəmizin, o cümlədən Mərkəzi Bankın DB ilə uzunmüddətli sıx əməkdaşlıq əlaqələrini müsbət dəyərləndirərək bu əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinin əhəmiyyətini önə çəkib.
Azərbaycanın DB ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan sədr E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, qeyri-neft sektorunun inkişafı, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair ətraflı məlumat verib. Qeyd edib ki, bu tədbirlər ölkə prezident İlham Əliyevin qəbul etdiyi inkişaf strategiyasına uyğun xüsusi proqramlar şəklində həyata keçirilir. E.Rüstəmov qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına ümidli olduğunu bildirib.
Söhbət zamanı Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.