Mərkəzi Bankın qanunsuz kreditləri
Elman Rüstəmov məsuliyyətə cəlb ediləcəkmi?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
AMB uçot dərəcəsini endirib
Dəyişiklik kredit faizlərinə təsir edəcəkmi?
-
“Xahiş edirik ...”
Mərkəzi Bankdan xəbərdarlıq
-
Kredit faizləri niyə yüksəkdir?
Mərkəzi Bank sistemli tədbirlərinə ehtiyac var
-
Rəqəmsal bankçılığın əngəli qalxdı
Elman Rüstəmov rəqəmsal bankçılığın inkişafında nə ilə yadda qalacaq?
-
Bank sektorunda canlanma gözlənilir
Rüstəmovun fəaliyyətində əsas nöqsanı ...
-
ARKM sözünü tutmur
Mərkəzi Bank Konstitusiya Məhkəməsinin qərarlarını qabaqcadan necə bilir?
-
“İlk 10-luqda olmayıblar”
Nə bazar payına, nə də aktivlərin həcminə görə ...
-
Manatın materialı dəyişəcək
Mərkəzi Bank polimer pula keçməyi planlaşdırır
-
Başbankirin sevmədiyi kəlmə
Elman Rüstəmov: “… sözündən az istifadə edin”
-
Xaricdən göndərilən pulda artım
Bu rəqəm ötən ilə nisbətən 225, 2016-dan isə 391 milyon dollar çoxdur
-
Dollar hamını təzyiq altında saxlayır
Bütün dünya FED rəhbərlərinin açıqlamalarını gözləyir
-
Dollar son bir ilin maksimumunda
Bu qədəri heç görünməmişdi
-
Rüstəmov devalvasiyanı etiraf etdi?!
Baş bankir jurnalistlərə seminar keçmək istəyir, şəxsən
-
5 milyard dolları keçdi
Mərkəzi Bankın valyuta ehtiyatları artdı
-
«Pul bazası artır»
Bir ildə 2.2 milyarda yaxın çoxalma var
-
Dollar qalxır
ABŞ-ın iqtisadiyyatının artım rəqəmi dəyişdirildi
Mərkəzi Bankın banklara verdiyi kreditlər onun fəaliyyətinin ən şübhəli və müəmmalı sahələrindən biridir. Məlum olduğu kimi, Elman Rüstəmovun rəhbərliyi dövründə bankların əksəriyyəti Mərkəzi Bankdan kredit götürə bilmirdi. Bank olmayan kredit təşkilatlarına isə ümumiyyətlə kredit verilmirdi.
Buna görə də Mərkəzi Bankın uçot dərəcəsi formal bir şeydir. İnhisarçılıq şəraitində bu dərəcə kredit faizlərinə təsir etmir. Məsələn, uçot dərəcəsinin ən aşağı səviyyəsi 2009-2010-cu illərdə olub: 2-3%. Lakin həmin dövrdə bankların kredit faizləri indikindən də yüksək idi. Halbuki, məntiqlə, tərsinə olmalı idi.
Məhz Mərkəzi Bankın bu şübhəli davranışı nəticəsində 2015-ci il devalvasiyası ölkəmiz üçün çox ağrılı oldu. Əhaliyə və sahibkarlara verilən kreditlərin əksəriyyəti dollarla olduğu üçün. Bunun səbəbi isə o idi ki, Mərkəzi Bankdan kredit götürə bilməyən kredit təşkilatlarımız xaricdən dollar kreditləri cəlb edib öz növbəsində də kreditləri dollarla verirdilər.
Bütün bunlarla yanaşı indi məlum olub ki, Mərkəzi Bankın verdiyi kreditlərin də bir qismi qanunsuz olub. Söhbət Mərkəzi Bankın “banklararası kredit” adı ilə verdiyi kreditlərdən gedir.
Məsələ burasındadır ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna əsasən Mərkəzi Bank yalnız iki növ kredit verə bilər: 1) kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi qaydasında (33-cü maddə); 2) sonuncu instansiya kreditləri (49-cu maddə). Qanunun 1.3-cü maddəsinə əsasən Mərkəzi Bankın məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə və həmin Qanunla müəyyənləşdirilir. Beləliklə, Mərkəzi Bank qanunla səlahiyyətinə aid edilməmiş banklararası kreditlər verə bilməz.
Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məcəllənin 337.1-ci maddəsinə görə MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Beləliklə, Mərkəzi Bankın sözügedən kredit müqavilələri etibarsızdır (əhəmiyyətsizdir).
Mülki Məcəllənin 460.3-cü maddəsinə əsasən əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Buna görə də sözügedən “banklararası kredit”lərin təminatı olan girov (ipoteka) və zaminlik müqavilələri də etibarsızdır. Bu isə o deməkdir ki, məhkəmələr qanuna riayət edərək bu müqavilələri etibarsız hesab etsə, Mərkəzi Bank on milyonlarla vəsait itirə bilər. Bu pullara görə məsuliyyəti də ilk növbədə Elman Rüstəmov daşımalıdır.