vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BANK, BİRJA, SIĞORTA  
11:41 | 29 aprel 2022 | Cümə Məqaləyə 1310 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kredit faizləri niyə yüksəkdir?

Mərkəzi Bank sistemli tədbirlərinə ehtiyac var

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər ən çox müzakirə edilən məsələlərdən biri də kredit faizlərinin hələ də yüksək olmasıdır. Depozit faizlərində müəyyən azalmaların müşahidə edilməsinə baxmayaraq, hələ də kreditlər baha təklif olunmaqdadır. Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 18 milyard 7 milyon manatdır.

Ötən ay isə kredit portfeli 17 milyard 587 milyon manat olub. Onun 13 milyard 81 milyon manatı milli valyutada, qalan 4 milyard 446 milyon manatı isə xarici valyutada təklif olunub. Azərbaycan Mərkəzi Bankın (AMB) hesablamalarına görə, ölkə üzrə orta kredit faizi 11.86, milli valyutada isə 14.28-dir. Aydındır ki, AMB orta kredit faizlərini hesablayan zaman bütün növ kreditləşmə üzrə qiymətləndirmə aparır. Vətəndaşların daha çox istifadə etdiyi istehlak kreditləri üzrə faizlər isə elan olunan rəsmi orta rəqəmlərdən daha yüksəkdir. Qeyd edək ki, kreditlərin 51.4 faizi, yəni 9 milyard 262 milyon manatı birbaşa ev təsərrüfatlarına yönəldilir.

Kredit faizlərinin yüksək olması nə ilə bağlıdır? Faizlərin aşağı salınması üçün nələrin edilməsinə ehtiyac var?

Kreditlərin bahalı olması real sektorda gəlirlilik səviyyəsinin yüksək olması ilə əlaqədar olsa da bank sektorunda rəqabətin zəif olması əsas səbəblərdəndir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, kredit faizlərinin azalması birbaşa banklar arasında rəqabətin daha gücləndirilməsindən keçir. Doğrudur, Azərbaycanda depozitlər üzrə faizlər yüksək olması da kreditləri bahalaşdırır. Amma bununla belə, yenə də kredit faizləri bir sıra hallarda depozit faizlərini 2 dəfəyə yaxın üstələyir. 

Kredit faizlərinin aşağı salınması üçün bank sektorunda rəqabətin güclənməsi, bu sektorda konservativ siyasətdən mərhələli şəkildə liberal siyasətə keçidin təmin olunmasına ehtiyac var. Rəqabətin güclənməsi, kredit faizlərinin aşağı salınması üçün baza formalaşdıra bilər. Bütün hallarda isə, faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var.