vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BANK, BİRJA, SIĞORTA  
23:59 | 12 aprel 2022 | Çərşənbə axşamı Məqaləyə 1138 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rəqəmsal bankçılığın əngəli qalxdı

Elman Rüstəmov rəqəmsal bankçılığın inkişafında nə ilə yadda qalacaq?

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun bankın İdarə Heyətinin üzvü vəzifəsindən azad olunması məsələsi sabah parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.

Həmin iclasda “PAŞA Bank”ın Baş İcraçı Direktoru və İdarə Heyətinin sədri Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatına baxılacaq.

Mərkəzi Bankın Elman Rüstəmov dövrünü necə xatırlayacağıq ?

Bank sektorunda rəqəmsal transformasiya sahəsində problemlərlə bağlı bir daha aşağıdakıları xatırlatmaq istərdim:

1. Mərkəzi bank daim maliyyə-bank sektorundakı konservativ mühitin saxlanmasında, özünün üstün mövqeyinin qorunmasında maraqlı olub.

Yalnız ASAN bir neçə rəqəmsal həll yaratmaqla bu sektorda müəyyən liberallaşma yaratmışdı.

2. Uzun illər, təxminən 10 il MB “Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında Qanun layihəsini hazırlayıb ortaya çıxara bilmədi . Hər il keçirilən “Bankçılıq forumu”nda bununla bağlı mənasız vədlər verilib.

3. Kriptovalyutaların tənzimlənməsi, rəqəmsal manatla bağlı hər hansı konkret bir addım atılmadı. Açıqlamalarında “bu qatarın önündə durmaqdansa ona minmək lazımdır” deyə bildirmişdilər. Qonşu ölkələrin təcrübəsinə baxanda görmək olur ki, rəqəmsal bankçılıq qatarında indiki MB rəhbərliyi yoxdur.

4. Rəqəmsal bankçılıqda uzun illər davam edən problemlərin çox hissəsi həll edilməyib.

Açıq bankçılığa, APİ üzərindən bank servislərinin tətbiqinə uzun illərdi ki imkan verilməyib. Son illərdə isə yalnız Elman Rüstəmova məxsusluğu bildirilən Bank Respublika-ya bu istiqamətdə hansısa bir addımlar atmağa icazə verilib

5. Mərkəzi Bank uzun illərdi ki, “PayPal”, “Revolute”, “Strike” kimi qlobal ödəniş sisteminin tam funksionallığı ilə ölkəmizdə fəaliyyətə başlamasında maraqlı olmayıb və buna ciddi səy göstərilməyib.

6. Ölkəmizdə xaricdən ödənişlərin əldə olunmasında ciddi problemlər qalır. “YouTube” və digər sosial media platformalarında pul qazananlar vəsaiti əldə etməkdə zülm çəkirlər. “Google AdSens” ilə bağlı problemlər öz həllini tapmayıb. Bəzi hallarda bu tip vəsaitlər ümumiyyətlə qəbul edilmir və geri qaytarılır.

7. Nəqdləşməyə tətbiq edilən 1 faiz məsələsi də əlavə məhdudiyyətlər yaradır, rəqəmsallaşmaya mane olur və s.

Taleh Kazımovu xeyli vaxtdır tanıyıram.

Bakalavr təhsili də “Avtomatlaşma və Kompüter mühəndisliyi” üzrə olub, nüfuzlu xarici təhsil müəssisələrinin proqramlarını bitirib.

Konfranslarda, ictimai müzakirələrdə innovativ təşəbbüsləri ilə yadımda qalıb.

Rəhbərlik etdiyi PAŞA Bank da rəqəmsal və innovativ həllərdə öndə gedən olub.

Elə bu gün məlumat verilib ki, ASAN İmza inhisarçılığına son qoyulmasında böyük ümid bəslədiyimiz SİMA rəqəmsal imzasını da ilk olaraq PAŞA Bank tətbiq edib.

Mərkəzi Bankın rəhbərliyinin yenilənməsi onu göstərir ki, hökumət bu sektorun inkişafı və yenilənməsi üçün maraqlıdır.

İnanıram ki, Taleh Kazımovun təyinatı maliyyə-bank sektorunda rəqəmsal transformasiyanı xeyli sürətləndirəvcək.