«Tam razıyam»
Elman Rüstəmov: «İnflyasiya bizim başlıca problemimizdir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
AMB uçot dərəcəsini endirib
Dəyişiklik kredit faizlərinə təsir edəcəkmi?
-
“Xahiş edirik ...”
Mərkəzi Bankdan xəbərdarlıq
-
Rusiyadan pul köçürmələri artıb
Səbəb kimi inflyasiya və rublun güclənməsi əsas göstərilir
-
Son iyirmi ilin ən aşağısı
Dollar avronu keçdi
-
2002-ci illərdən əvvələ qayıdış
Azərbaycanda banklar avronu dollardan ucuza dəyişir
-
Kredit faizləri niyə yüksəkdir?
Mərkəzi Bank sistemli tədbirlərinə ehtiyac var
-
Mərkəzi Bankın qanunsuz kreditləri
Elman Rüstəmov məsuliyyətə cəlb ediləcəkmi?
-
Rəqəmsal bankçılığın əngəli qalxdı
Elman Rüstəmov rəqəmsal bankçılığın inkişafında nə ilə yadda qalacaq?
-
Bank sektorunda canlanma gözlənilir
Rüstəmovun fəaliyyətində əsas nöqsanı ...
-
Vəfat edən şəxsin pensiya kapitalı hara xərclənir?
Bu məsələ Milli Məclisdə dinləmələrə çıxarılacaq
-
Saxta pulu necə tanıyaq?
Kağızı sürüşkənliyi ilə seçilir, ...
-
ARKM sözünü tutmur
Mərkəzi Bank Konstitusiya Məhkəməsinin qərarlarını qabaqcadan necə bilir?
-
“İlk 10-luqda olmayıblar”
Nə bazar payına, nə də aktivlərin həcminə görə ...
-
Dolları və manatı nə gözləyir?
FED uçot dərəcəsi aşağı saldı, Tramp narazı qaldı
-
Manatın materialı dəyişəcək
Mərkəzi Bank polimer pula keçməyi planlaşdırır
-
Başbankirin sevmədiyi kəlmə
Elman Rüstəmov: “… sözündən az istifadə edin”
«İnflyasiya bizim başlıca problemimizdir. Mən bununla tam razıyam». Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı millət vəkillərinin irəli sürdüyü təklif, sual və iradlara cavab verərkən deyib.
O qeyd edib ki, inflyasiyanın son illərdə başlıca drayveri olan kurs məsələsi sabitləşdirilib: «Mərkəzi Bank inflyasiyanı nəzərə alaraq konservativ monetar siyasət həyata keçirir. Çünki inflyasiya əhali, onun real gəlirləri üçün real təhlükədir və avtomatik vergidir. Ona görə bizim və hökumətin başlıca qayğısı inflyasiya və qiymət sabitliyi olmalıdır. İnflyasiyanın sosial təzahürünü, nəticəni mən qeyd etdim. Pul kütləsi vasitəsi ilə inflyasiyanın sürətləndirilməsinin tərəfdarları varsa, onlara demək istəyirəm ki, bunun çox ciddi makroiqtisadi tərəfi var. Əhalinin gəlirlərinin, daxili tələbatın azalması iqtisadi artımın, iş yerlərinin itirilməsinə gətirib çıxarır».
Baş bankir əlavə edib ki, ölkədə makroiqtisadi sabitliyin əsasları yaradılıb. Onun sözlərinə görə, hələlik bu makroiqtisadi sabitliyin müddəti azdır: «Bu, təxminən 9 ayı əhatə edir. Biz qəti arxayınlaşmamalıyıq. Hökumət, Mərkəzi Bank 2018-ci ildə və ortamüddətli dövrdə vəzifələri yaxşı dərk edir. Hesab edirik ki, biz bu vəzifələrin öhdəsindən gələcəyik. Bunun üçün qarşıda güclü maliyyə intizamı, makroiqtisadi siyasətin qanadlarının sıx koordinasiya olunması, bütövlükdə qiymət sabitliyinə çatmaq üçün həyata keçirilən makro antiinflyasiya tədbirləri ilə təbii inhisarların tariflərinin, qiymətinin liberallaşdırılması siyasətinin çox sıx əlaqələndirilməsi kimi olduqca ciddi vəzifələr durur».