Bakıda “Formula 2” üzrə birinci yarışlar başladı
Pilotlar 29 dövrə vuracaqlar
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ferrari”yə yeni rəhbər
Frederik Vassyör komandanın pilotu Şarl Leklerlə köhnə tanışıdırlar
-
Binotto komandadan getdi
“Ferrari” heç kimi öz yerində işlətmir
-
“Aston Martin”in eqosu
... və mövsümün ən darıxdırıcı yarışı
-
Vetteli komandası “batırdı”
Karyeranın axırıncı 5 ilinin özəti olan son yarış
-
Vettelin doğma trası
Verstappen problemini həll edir
-
Braziliya – ilklər trası
Çempion olmaq asandır, adam olmaq çətin
-
Nəfəskəsən mübarizə
“Mercedes”lərin qələbə şansını artırıb
-
Aqressiv yarış üçün yumşaq təkər
Alonsonun özünə yaraşmayan səhvi
-
Yağışın dostu – Kevin
İlk poul əlamətdardır
-
Braziliya sürprizləri ...
... Testsiz qalib, yaxud marjinal strategiya
-
“Formula 1” əfsanəsi...
... Saçından dırnağına qədər “Ferrari” aşiqi
-
Çempiondan kanala embarqo
Verstappen “Formula 1”in əsas yayım şirkətinə niyə müsahibə vermir?
-
Startda formalaşan podium ...
... Yaxud pit stopdan sonra məhv olan ehtimallar
-
Podiuma liftlə qalxma ...
... Trasa helikopterlə enmə
-
“Ferrari”nin yeni hiper maşını
Həm itələyicisi, həm də dartıcısı olan ikiqat üçbucaq linglər
-
İki rekord qırıla bilər
“Mercedes” bu həftəsonu çox güclüdür
Aprelin 28-də saat 12-də Bakıda “Formula 2” üzrə birinci yarışa start verilib. “Formula 2” yarışlarında hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparır. Birinci yarışda pilotlar Bakı şəhər halqasında 29 dövrə vuracaqlar.
“Formula 1” Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşlərdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən ilk yürüşdə “Carlin” komandasının braziliyalı pilotu Serjiu Sette Kamara bütün rəqiblərini qabaqlayıb. O, 1 dəqiqə 54,136 saniyə göstərici ilə birinci yeri tutub. İkinci ən yaxşı nəticə “Campos Vexatec Racing”in italiyalı pilotu Luka Qyottoya, üçüncü nəticə isə “MP Motorsport”un pilotu Ralf Boşunqa məxsusdur.
Sıralanma turunda isə “Dams” komandasının 22 yaşlı pilotu Aleksander Olbon 1 dəqiqə 54,48 saniyəlik nəticə ilə rəqibləri üçün əlçatmaz olub. “Carlin” komandasının sürücüsü Lando Norris ikinci, “Art Grand Prix”in pilotu Corc Rassel isə üçüncü yeri tutublar.
Aprelin 29-da 21 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.