

Frederik Vassyör komandanın pilotu Şarl Leklerlə köhnə tanışıdırlar
“Ferrari” heç kimi öz yerində işlətmir
... və mövsümün ən darıxdırıcı yarışı
Karyeranın axırıncı 5 ilinin özəti olan son yarış
4 qat gənc çempion və 9 ardıcıl qələbə rekordunu kimsə təkrarlaya biləsin ...
Sabahkı finiş maraqlı olacaq
Verstappen problemini həll edir
... Şumaxerin yerinə Hülkenberq
O yaddaşlarda dəbilqəsiz pilot kimi qalacaq
... Yaxud 140 yarışda ilk hadisə
Çempion olmaq asandır, adam olmaq çətin
“Mercedes”lərin qələbə şansını artırıb
Alonsonun özünə yaraşmayan səhvi
İlk poul əlamətdardır
... Testsiz qalib, yaxud marjinal strategiya
... Saçından dırnağına qədər “Ferrari” aşiqi
Bu arada “Ferrari” şirkəti 50 illik fasilədən sonra Dünya Dözümlülük Çempionatına (WEC) qayıtmaq qərarına gəlib. Xatırladım ki, keçən əsrin 60-70-ci illərdə əvvəlcə “Ford”, daha sonra “Porsche”, yekunda isə “Matra”dan sarsıdıcı məğlubiyyətlər yaşayan Enzo Ferrari qurduğu şirkəti əfsanəvi Le Man marafonundan çıxarmışdı.
Dünən isə Maranelloda gələn il üçün hazırlanmış yeni “Ferrari 499P” hipermaşının təqdimatı keçirilib.
İki turbinli V6 hibrid güc qurğusu ilə təchiz edilmiş tam ötürücülü idman prototipi 2023-cü ilin martında ABŞ-nin Sebrinq trasında 1000 millik marafonunda debüt edəcək.
499P-nin rəng çalarları yarım əsr əvvəl Le Manda “Ferrari” zavod komandasının istifadə etdiyi 312P idman prototipini xatırladır. Yeni hiperkar Maranelloda Ferdinando Kanizzonun texniki rəhbərliyi altında GT yarışlarında şirkətin idman proqramlarına cavabdeh olan “Attivita Sportive GT” bölməsi tərəfindən hazırlanıb.
Avtomobil arxa oxun qarşısında yerləşən hibrid elektrik motoruna malikdir, onun elektrik hissəsi ön təkərləri hərəkətə gətirir. Daxiliyanma mühərriki “Ferrari” idman avtomobillərində istifadə olunan V6 mühərrikləri əsasında yaradılmış, lakin əsaslı şəkildə yenidən dizayn edilmiş, çoxlu orijinal həllərdən istifadə edilmiş və çəkisi azaldılıb.
Hibrid hissə, ERS sistemi 272 at qüvvəsi hasil edir və onun hazırlanmasında italyan şirkətinin mütəxəssisləri Formula1-də qazandıqları zəngin təcrübədən yararlanıblar. Güc qurğusunun ümumi gücü 500 kVt (680 at qüvvəsi) ilə məhdudlaşır və fırlanma anının ötürülməsi üçün təkərlərə yeddipilləli sekvental ötürmələr qutusu ilə təchiz olunub.
Avtomobilin mərkəzində tamamilə yeni şassi – karbon lifli monokok dayanır. Asılqan sistemində bir tərəfdən, lazımi dayanıqlığı və möhkəmliyi təmin edən, digər tərəfdən, yüksək sürətlə döngələri keçməyə imkan verən ikiqat üçbucaq linglər – həm itələyicilər və həm də dartıcılardan ibarətdir.
Görəsən, yeni maşın “Formula 1”dəki həmkarının aqibətini yaşayacaq, yoxsa daha uğurlu olacaq?