Startda formalaşan podium ...
... Yaxud pit stopdan sonra məhv olan ehtimallar
Rahim ƏLİYEV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ferrari”yə yeni rəhbər
Frederik Vassyör komandanın pilotu Şarl Leklerlə köhnə tanışıdırlar
-
Binotto komandadan getdi
“Ferrari” heç kimi öz yerində işlətmir
-
“Aston Martin”in eqosu
... və mövsümün ən darıxdırıcı yarışı
-
Vetteli komandası “batırdı”
Karyeranın axırıncı 5 ilinin özəti olan son yarış
-
Vettelin doğma trası
Verstappen problemini həll edir
-
Braziliya – ilklər trası
Çempion olmaq asandır, adam olmaq çətin
-
Nəfəskəsən mübarizə
“Mercedes”lərin qələbə şansını artırıb
-
Aqressiv yarış üçün yumşaq təkər
Alonsonun özünə yaraşmayan səhvi
-
Yağışın dostu – Kevin
İlk poul əlamətdardır
-
Braziliya sürprizləri ...
... Testsiz qalib, yaxud marjinal strategiya
-
“Formula 1” əfsanəsi...
... Saçından dırnağına qədər “Ferrari” aşiqi
-
Çempiondan kanala embarqo
Verstappen “Formula 1”in əsas yayım şirkətinə niyə müsahibə vermir?
-
Podiuma liftlə qalxma ...
... Trasa helikopterlə enmə
-
“Ferrari”nin yeni hiper maşını
Həm itələyicisi, həm də dartıcısı olan ikiqat üçbucaq linglər
-
İki rekord qırıla bilər
“Mercedes” bu həftəsonu çox güclüdür
-
Verstappen üçün rahat halqa
“Aston Martin”in yeni güc qurğusu ...
Həddindən artıq darıxdırıcı bir yarış izlədik – start düzülüşündəki DRS zonası uzadılsa da, yenə də trasda ötmək çətin idi. Dəniz səviyyəsindən 2200 metr hündürlük öz sözünü deyirdi. Yeni 18 düymlük təkərlər asfaltla mexaniki ilişməni təmin etmirdilər. Döngədən çıxanda sürətlənmə və döngəyə çatanda əyləcləmə istənilən səviyyədə olmadığı üçün sürücülər ötməyə risk etmirdilər.
Podium isə elə startda formalaşdı – Luis Həmilton bir həmlə ilə komanda yoldaşı Corc Rasselli həm özü keçdi, həm də Serxio Peresin keçməsinə şərait yaratdı.
Yalnız yarışın ilk hissəsində Luisin qələbəyə namizəd olması ehtimalı var idi, amma pit stopdan sonra həm sürücü, həm komanda, həm də biz bu fikirdən əl üzdük.
Maks Ferstappen bu gün rəqiblərinə şans vermədi – əvvəlcə işlənmiş qırmızı təkərlərlə Luisin təzə sarı təkərləri tempində yarışa başladı, daha sonra isə təzə sarı təkərlərlə ikincinin təzə ağ təkərlərindən sürətli oldu. “RB18” təkərlərlə olduqca mükəmməl çalışır. Yekunda niderlandlı sürücü mövsümdə 14-cü qələbəsini qazanmaqla “Formula 1” tarixinin bir mövsümdə ən çox qələbə qazanan sürücüsü oldu. Xallarının sayını 416-ya çatdırmaq bir mövsümdə ən çox xal qazanan da Maks oldu. Mövsüm hələ başa çatmayıb, qarşıda iki yarış və “Red Bull” da mövsümdə ən çox xal toplayan komanda ola bilər.
Luis bu gün yenə də əlindən gələni etdi – komanda yoldaşını keçdi və “Red Bull” sürücülərindən birini qabaqladı. Yekunda 190-cı podiumunu qazandı.
Serxio da yenə azarkeşlərini sevindirdi – podium eynilə keçənilki yarışı xatırlatdı. Atası da bayraqla burada idi, ailəsi də.
Corcun gücü ancaq yenə də sürətli dövrəyə çatdı.
Daniel Rikkardo fərqli strategiya ilə doğrudan da günün sürücüsü idi – günün uğursuzu isə Fernando Alonsodur...