vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
DİGƏR NÖVLƏR  
01:47 | 31 oktyabr 2022 | Bazar ertəsi Məqaləyə 1720 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Podiuma liftlə qalxma ...

... Trasa helikopterlə enmə

Rauf HACIYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Daniel Rikkardo köhnə günlərini xatırlatdı. Gec əylənərək ötmələr (dive bomb) etdi. Məncə, cəza düzgün deyildi. Yarış insidenti idi. Amma yenə də inamlı getdi və 10 saniyə fərq açıb, MakLarenə vacib xallar qazandırdı. Ən pisi odur ki, bu pilot gələn il idmanda olmayacaq.

Verstappen bir ildə qələbə rekordu qırdı. 20 yarışda 14 qələbə. Özü də rekord qırdığı yarışda bolidi və özü liftlə podiuma çıxacaq. Bir pilot üçün bundan dəyərli nə olar? Verstappen üçün fenomenal mövsüm gedir. Keçmiş pilotlar kimi Abu Dabidəki trasa helikopterlə ensə, tam olacaq.

Hamiltonun əlində şanslar olsa da, bunu bacarmadı. Heç ardıcıl qələbə seriyası da tuta bilməmişdi. 

Lekler 100-cü yarışında komanda yoldaşına belə uduzdu. Böyük ehtimalla ikincilik də əlindən çıxdı. Braziliya və Əbu Dabidə inanmıram Lekler Peresdən öndə qalsın. 

Fernando Alonso bu il neçənci 6-cı dəfə motor pronlemi yaşadı. Hərəsində ortalama 6 xal itirsə, 36 xal edir. Hələ motordan asılı olmayan digər problemlər də var. 60 xaldan çox itirib ona görə. “Alpine” komandası dördüncü yerə layiq deyil. 

Hamiltona gəldikdə Fransadan etibarən açıq-aşkar Rasseli performansı ilə “döyür”. Belə baxıram, mövsüm sonu dördüncü yeri tutacaq. 

Günün bədbəxti Bottas idi. Əvvəl Verstappenə görə (dövrə verərkən) 4 saniyə itirdi. Sonra isə Perezlə Hamiltona yer verəndə 4 saniyə itirdi. Belə olan halda 7-ci yer uğrunda mübarizədən qopdu. Alonso yarışda qalsa, xal qazana bilməyəcəkdi. Yenə də Kanadadan sonra xal qazandı.

Hamilton bir az dözüb qırmızı təkər götürsə, yarışı qazana bilərdimi?