


Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı
Bir ildə karyera boyu qazanılandan çox qələbə
Poulu əldən verən kiçik səhvlər ...
... Yaxud Piastrinin ilklərə başlayan ili
Yarış boyu liderliyi qorudu
Autsayder komandadan yüksək nəticə ...
Bəhreyndə ilk 3 yerdə 3 fərqli komanda
“Trasda ötmək lazımdır, pit yolunda yox”
... Yaxud mövsümün ilk qələbəsi
Sabahkı yarışda qələbə qazanmağa 3 real namizəd var
“Ferrari” üçün isə artıq bəhanələrdən sıyrılmağın vaxtıdır
Maks Ferstappen dişi və dırnağı ilə “Ferrari”ni reytinqini cızdı
“Ferrari” sürücüləri yarışa rəng qatdılar
“Formula 1” tarixinin ən böyük ittifaqı ilk uğurunu qazandı
Norrisi Maksdan cəmi 2, “Mercedes”i isə “McLaren” komandasından 1 xal ayırır
Çox nadir sıralanma turu izlədik ki, Maks Verstappen heç bir səhvsiz dövrə vurdu – asfaltla mexaniki ilişmə heç bir maşında ideal deyildi. Hətta təkərlərini daha tez qızdıran “Ferrari” belə bu trasda sürüşürdü – ön təkərləri yükləyəndə maşının arxası qaçırdı, arxanı yükləyəndə çatışmaz dönüşlük yaranırdı.
Mövsümdə 6-cı, karyerasında 19-cu poulunu bayram edən Maks mövsümdə 14-cü qələbəsini qazanmaq üçün sabahkı yarışda işin yarısını gördü. Düz yolda daha sürətli olan “Ferrari”lərlə arada “Mercedes” sürücüləri var – ona görə də startda və ilk döngələrdə mövqeyini qoruya bilsə, qələbə uğrunda mübarizədə rəqibi olmayacaq.
“Mercedes” bu həftəsonu çox güclüdür – keçən həftə Amerikaya gətirdikləri qanaddan qadağan olunmuş qanadcıqlar yığışdırılıb və yenilənmiş paket tam çalışır. Düzdür, bu trasda onsuz da maşınlar yerdən maksimum hündürlükdə olurlar və bu amil də “Mercedes”in xeyrinədir. İstənilən halda sabah həm Lyuis, həm də Corc yaxşı start alsalar, ardıcıl 8 titul qazanan komandanın strateqləri maraqlı oyun fikirləşə bilərlər.
“Ferrari” isə bu trasda çox qeyri-stabil idi – nəticədə relslərlə gedən maşını idarə etməyə öyrəşən Lekler, nəinki top komandaların sürücülərinə, hətta Bottasa belə uduzdu.
Bottas isə bugünkü sessiyanın qəhrəmanıdır – hər üç seqmentdə top komandalardan hansısa sürücü və ya sürücüləri qabaqladı, yekunda isə Lekleri də üstələyərik 6-cı olmağı bacardı. Maşının normal yarış tempi olsa, sabah yüksək yer uğrunda yarışa bilər.
Sabah iki rekordun qırılmasına şahidlik edə bilərik – mövsümdən ən çox qələbə və ən çox xal.