vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
CƏMİYYƏT  
14:00 | 15 fevral 2014 | Şənbə Məqaləyə 1625 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azay Quliyev Yunan mətbuatında

Millət vəkili Yunanıstanın tanınmış jurnalına müsahibə verib

MÖVZU İLƏ ƏLAQƏLİ

Yunanıstanın tanınmış beyin mərkəzlərindən olan «ELİAMEP - Yaxın Şərq Aralıq dənizi»nin («ELİAMEP-Middle East Mediterranean») rüblük hesabatı olan «ELİAMEP» jurnalının sonuncu sayı Azərbaycana həsr olunub. Böyük tirajla yayımlanan «ELİAMEP» dərgisində əsasən geopolitik və iqtisadi analitik yazılar, Yaxın Qərb ölkələrinin siyasi situasiyası, inkişaf perspektivləri haqda məqalələr, şərhlər, müsahibələr verilir.

Jurnalın bu sayında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini. millət vəkili Azay Quliyevlə geniş müsahibə verilib. 

Müsahibədə 2013-cü il prezident seçkilərindən sonra Azərbaycanın iqtisadi-siyasi, sosial inkişafı, TAP enerji layihəsində, habelə Cənubi Qafqazda reallaşan digər layihələrdə Yunanıstanın rolu ilə bağlı suala aydınlıq gətirilib, Qara Dəniz QHT Forumunun gələcək perspektivi haqda fikir mübadiləsi aparılıb. 

Müsahibədə daha çox diqqət çəkən məqam Dağlıq Qarabağ problemi ilə bağlı verilən suallar və suallara ətraflı cavablardır. Azay Quliyev problemin mahiyyəti, Ermənistanın işğalçılıq siyasəti, danışıqlarda tutduğu qeyri-konstuktiv mövqe, danışıqların məqsədli uzadılmasının səbəbləri haqda ətraflı və dəqiq informasiya verib. Sonda Dağlıq Qarabağın mirvarisi, «konservatoriyası» sayılan Şuşa haqda da danışılıb, Şuranın reallaşdırdığı «Şuşaya Azadlıq» kampaniyasından söz açılıb. 

Qeyd edək ki, jurnalın bu sayında Azərbaycan Respublikasının Yunanıstandakı səfiri, Dr. Rəhman Mustafayevin «Azərbaycan-Yunanıstan əlaqələri 2013-də: ikitərəfli əlaqələr üçün yeni imkanlar», Cənub-Qərbi Avropa üçün Enerji İnstitutunun icraçı direktoru Dr.Costis Stambolisin «Enerji tərəfdaşlığı və uzun müddətli planlama: Azərbaycan qazının Avropaya nəqlində Yunanıstanın əsas rolu», ELİAMEP-in rəhbəri Corc Tsoqopoulosun «Azərbaycanın Avropa istiqaməti» və Yaxın Şərq Araşdırmaları Layihəsinin (Middle East Research Project) rəhbəri Dr. Evangelos Venetisin «Mədəni və siyasi naxışlar: Afina və Bakı arasında əlaqələr» analitik yazıları yer alıb.