vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
SOSİAL  
10:37 | 20 fevral 2014 | Cümə axşamı Məqaləyə 3347 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Kupça»lar ayın 22-dən paylanacaq»

Kərəm Həsənov onlayn xidmət də söz verir

MÖVZU İLƏ ƏLAQƏLİ

Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları fevralın 22-dən etibarən ASAN Xidmət mərkəzlərində mənzillərin ilkin və təkrar qeydiyyatına dair arayışların («kupça») verilməsinə başlayacaqlar.

AVS TV-nin verdiyi xəbərə görə, komitənin sədri Kərəm Həsənov bildirib ki, bu sənədlər ASAN Xidmətlə paralel Əmlak Məsələləri Dövlət Komitəsinin özündə də veriləcək. Gələn aydan isə «Forma-1» adlı arayışların onlayn qaydada verilməsinə başlanacaq.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, Kərəm Həsənov deyib: «Ədliyyə Nazirliyində isə texniki və təşkilatı məsələlərin hazırlığı gedir. Bizə verilən son məlumata görə, Ədliyyə Nazirliyi mart ayının 3-də bizə şərait yaradacaq ki, vətəndaşlara onlayn rejimdə xidmətlər göstərilsin». 

Ümumilikdə 2013-cü il ərzində Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 700 min vətəndaşa reyestr xidməti göstərib. Bunlardan 200 mini ilkin qeydiyyatla bağlıdır. Hazırda komitənin göstərdiyi 40-dan çox xidmətdən 16-sı elektronlaşdırılıb. İlin sonuna qədər bu siyahıya daha 15 xidmət əlavə olunacaq.