Proses notariusdaca həll olunacaq
Əmlak və torpağın alqı-satqısı asanlaşdırıldı - tamamilə elektronlaşdı ...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Əmlak Aministiyası”
Biz nəyi təklif edirdik?
-
İnvestorlara güzəşt
120 min deyil, 80 min manat …
-
“Torpaqlari məhv ediblər!”
Oliqarxların yüzlərlə süni balıq gölləri nəzarətə götürüldü, 147-si ləğv edildi
-
75 dövlət əmlakı özəlləşdirilir
Vaxt açıqlandı ...
-
Kənddə kino məsələsi
Rayonlarda kinoteatrlar kütləvi şəkildə özəlləşdirməyə çıxarılır
-
Paytaxtdakı mülklərin fantastik qiyməti
Bakıda 3 milyona mənzil, 10 milyona villa satılır
-
Cəbhə bölgəsindəki evlərə «kupça» paylanır
ƏMDK-dən «Kütləvi çıxarış» kampaniyası ...
-
Vərəsəlik hüququ alt-üst oldu
Ölkədə hüquq elminin olmaması qanunvericiliyin bərbad səviyyədə olmasının əsas səbəbidir!
-
Dəllalın dələduzluğu
Torpaq almaq istəyənlərə 300 min manat «atıb» Rusiyaya qaçdı
-
Abutalıbova növbəti zərbə
Yeraltı dayanacaqların BŞİH-dən alınaraq idarəetməyə verilməsinə hazırlıq görülür
-
Dələduz Vəsait
Bakıda onlarla adamı aldadıb saxta sənədlərlə torpaq satan şəxs kimdir?!...
-
Sahibkarlığın bir nömrəli düşməni
Komitə bilə-bilə belə vəziyyət yaradır ki, iş adamları ondan asılı vəziyyətə düşsün
-
Türkiyə liderliyini qoruyur
Azərbaycanlılar xaricdə kütləvi şəkildə daşınmaz əmlak alır
-
76 dövlət əmlakı hərraca çıxarılır
Restorana 369 min manat qiymət qoyulub
-
«Azərxalça» 4 əmlakını satır
Daha 78 dövlət əmlakı hərraca çıxarılır
-
Bələdiyyələrin «su qiyməti»nə təklif etdiyi ərazilər
Torpaqlar niyə bazar qiymətindən xeyli ucuz satılır?
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların, o cümlədən daşınmaz əmlakın təkrar qeydiyyatı sahəsində innovativ üsulların tətbiqi prosedurları tam olaraq elektronlaşdırılıb.
Ötən il ərzində daşınmaz əmlakların təkrar qeydiyyatının sayı 140 minə yaxın olub. Bu isə 2016-cı il ilə müqayisədə 12 faiz artım deməkdir. Statistikası onu deməyə əsas verir ki, vətəndaşların təkrar daşınmaz əmlak bazarında aktivliyi kifayət dərəcədə artıb.
Ümumilikdə qeyd edilməlidir ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artması, daha çox insanın rahatlıqla hüquq sahibi olması məqsədilə tətbiq edilən elektron xidmətlərin sayı çoxaldılır. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istifadəyə verilən 37 elektron xidmətin 24-ü daşınmaz əmlakın qeydiyyatı sahəsinə aiddir. Təkcə ötən il ərzində bu sahədə 4 yeni elektron xidmət fəaliyyət göstərməyə başlayıb.
Belə ki, hazırda çoxmərtəbəli yaşayış binasından mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada dəqiqləşdirə bilirlər. Bunu reallaşdıran «Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi» adlanan elektron xidmət vətəndaşların razılığına səbəb olub.
Əhalinin işini sadələşdirən yeniliklərdən biri olan «Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi» xidməti alınan mənzillərin qiymətinin əvvəlcədən bazar dəyərlərinə uyğun onlayn rejimdə öyrənmək imkanı yaradır. Nəticədə qiymətlə bağlı vətəndaşın səhv yönləndirilməsi kimi problemlər minimuma enir, həmçinin onlar maliyyə resurslarını əvvəlcədən planlaşdırmaqla vəsaitlərinə rahatlıqla özləri qərar verə bilir.
Daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflıq və vətəndaş məmnunluğunu təmin edən digər sistem Əmlakın Qeydiyyatı Kalkulyatoru funkisonallığı ilə digərlərindən fərqlənir. Bununla daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat almaq mümkündür.
Bu sahədə tətbiq edilən yeniliklər, xidmətlərin modernləşdirilməsi əmlakların qeydiyyatının artmasına gətirib çıxarmışdır. 2017-ci il ərzində daşınmaz əmlak qeydiyyatının 200 minə yaxın olması bu sahədə tətbiq edilən innovativ üsulların tətbiqinin effektivliyindən, həyata keçirilən işlərin uğurlu olmasından xəbər verir. 2016-cı ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 14.5 faiz artmışdır. Ümumilikdə isə 280 minə yaxın edilən müraciətin 97 faizi öz müsbət həllini tapıb. Bəzi vətəndaşların sənədlərinin tam qaydasında olmaması, torpağın təyinatına uyğun istifadəyə verilməməsi, mühafizə zolaqları ilə bağlı qanunvericilik tələblərinin pozulması edilən müraciətlərin əsassız olmasına gətirib çıxarıb.
Daşınmaz əmlakın qeydiyyatının artması ilə vətəndaş fəallığı mütənasiblik təşkil edir. Belə ki, əhalinin öz əmlaklarını dövlət qeydiyyatına almasına olan marağı göstəricilərin ötən illə müqayisədə müsbət olmasına imkan verir. Qeydiyyatı aparılan əmlakların 38 minə yaxınının fərdi yaşayış və bağ evi, 52 mindən çox mənzil, 100 minə yaxınının torpaq sahəsi olması vətəndaşların daşınmaz əmlak bazarında leqal əmlaklara üstünlük verməsinin bariz nümunəsidir. Bu isə ölkədə iqtisadi və hüquqi əməliyyatların artması deməkdir.
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində əldə edilən göstəricilərin müsbət dinamika ilə irəliləməsi, idarəetmədə vətəndaş-məmur münasibətinin minimuma endirilməsi, eləcədə ictimai xidmətlərdən əhalinin daha rahat və çevik qaydada faydalanması istiqamətində məqsədyönlü tədbirlərini davam etdirəcək.
Çıxarış vətəndaşın həm Elektron Hökumət portalındakı şəxsi kabinetinə yüklənir, həm də kağız formatında təqdim edilir.