Cəbhə bölgəsindəki evlərə «kupça» paylanır
ƏMDK-dən «Kütləvi çıxarış» kampaniyası ...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Əmlak Aministiyası”
Biz nəyi təklif edirdik?
-
“Torpaqlari məhv ediblər!”
Oliqarxların yüzlərlə süni balıq gölləri nəzarətə götürüldü, 147-si ləğv edildi
-
75 dövlət əmlakı özəlləşdirilir
Vaxt açıqlandı ...
-
Proses notariusdaca həll olunacaq
Əmlak və torpağın alqı-satqısı asanlaşdırıldı
-
Kənddə kino məsələsi
Rayonlarda kinoteatrlar kütləvi şəkildə özəlləşdirməyə çıxarılır
-
Vərəsəlik hüququ alt-üst oldu
Ölkədə hüquq elminin olmaması qanunvericiliyin bərbad səviyyədə olmasının əsas səbəbidir!
-
Dəllalın dələduzluğu
Torpaq almaq istəyənlərə 300 min manat «atıb» Rusiyaya qaçdı
-
Abutalıbova növbəti zərbə
Yeraltı dayanacaqların BŞİH-dən alınaraq idarəetməyə verilməsinə hazırlıq görülür
-
Dələduz Vəsait
Bakıda onlarla adamı aldadıb saxta sənədlərlə torpaq satan şəxs kimdir?!...
-
Sahibkarlığın bir nömrəli düşməni
Komitə bilə-bilə belə vəziyyət yaradır ki, iş adamları ondan asılı vəziyyətə düşsün
-
Türkiyə liderliyini qoruyur
Azərbaycanlılar xaricdə kütləvi şəkildə daşınmaz əmlak alır
-
76 dövlət əmlakı hərraca çıxarılır
Restorana 369 min manat qiymət qoyulub
-
«Azərxalça» 4 əmlakını satır
Daha 78 dövlət əmlakı hərraca çıxarılır
-
540 min manata restoran
Yetmiş beş dövlət obyekti hərraca çıxarılır
-
70 minə qədər ödəyicinin faiz borcu silindi
Vergi borcu silinənlərin adları açıqlanıb
-
95 obyekt hərraca çıxarılıb
Ən yüksək qiymət «Aydınlıq» şadlıq evinə qoyulub
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fevralın 21-də cəbhə bölgəsində yaşayan sakinlər üçün «Kütləvi çıxarış» kampaniyası keçirib. Komitədən verilən verilən məlumata görə, kampaniyanın ünvanı Ağdam rayonunun Qaradağlı, Əfətli, Çəmənli və Sarıcallı kəndləri olub. Qeydiyyat xidmətlərinin birbaşa olaraq cəbhə bölgələrində göstərilməsi sakinlərə imkan verib ki, əlavə ünvana getmədən rahatlıqla əmlaklarına dair sənəd əldə etsinlər.
Kampaniya zamanı rayonun həmin kəndlərindən olan 220-yə yaxın sakininə qeydiyyatla bağlı xidmət göstərilib. Vətəndaşlar arasında Qarabağ müharibəsi veteranı, qaziləri, şəhid ailələri olub. Qaradağlı kəndindən 75 ailə, Əfətlidən 60, Çəmənlidən 50, Sarıcallıdan isə 35 ailə xidmətlərdən yararlanıblar. Onlardan 100-ə yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışlar əsasən fərdi yaşayış evlərini, pay torpaqlarını, həyətyanı torpaqları əhatə edib. Kampaniya çərçivəsində bir neçə Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin birbaşa evlərində qeydiyyat xidmətləri göstərilib. Onların bəzilərinə əmlaklarına dair çıxarışlar təqdim olunub, bəzilərindən isə ilkin hüquqmüəyyənedici sənədlər qəbul edilib.
Eyni zamanda, rayon sakinlərinə əmlaklarına dair ayrı-ayrı vaxtlarda müxtəlif dövlət qurumları tərəfindən verilmiş dövlət aktları, şəhadətnamələr, qeydiyyat vəsiqələri, mənzillər barədə orderlər, eləcədə kolxoz və sovxozlar tərəfindən verilmiş əmrlər və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunub. Elə həmin gün çıxarış verilməsi məqsədilə 70-ə yaxın sakindən əmlaklarına dair ilkin sənədlər toplanıb.
Vətəndaşlara çıxarışlar təqdim olunmaqla yanaşı, 50 nəfərə yaxın kənd sakininə hüquqi yardım xidmətləri də göstərilib. Onlara çıxarışın əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı, həmin sənədlərin hansı qurumlardan alınması qaydası, o cümlədən qeydiyyat müddəti və prosedurları izah olunub. Qeydiyyatla bağlı həyata keçirilən yeniliklər, əhalinin işini sadələşdirən elektron xidmətlər, həmçinin «bir pəncərə» prinsipi barəsində məlumat verilib. Vaxtın daha çox şəxsi təsərrüfatların inkişafına sərf etməyə imkan verən kampaniya vətəndaş məmnunluğuna da səbəb olub. Belə ki, sakinlər göstərilən xidmətlərdən razılıqlarını ifadə ediblər. Bildiriblər ki, kampaniya onların işdən ayrılmadan, vaxtlarına qənaət etməklə sənəd almasına şərait yaradıb.
Qeyd edilməlidir ki, çıxarışlar verilməmişdən öncə komitə əməkdaşları tərəfindən mobil ofislər vasitəsilə yerindəcə ilkin sənədlər toplanıb. Xüsusi qurğular vasitəsilə mühəndislik işləri həyata keçirilib. Belə ki, əmlakın müayinəsi, çöl-ölçmə işləri aparılıb, texniki plan-ölçüləri müəyyənləşdirilib.
Bu kampaniya sakinlərin daşınmaz əmlaklarını rahatlıqla qeydiyyata almaqla yanaşı, həm də vətəndaşların mülkiyyət hüquqlarının və əmlaklarının dövlət tərəfindən qorunmasının göstəricisidir. Belə tədbirlər cəbhə bölgəsində əhalinin öz əmlaklarının daha aktiv şəkildə iqtisadi proseslərə cəlb edilməsinə, iqtisadi fəaliyyətin stimullaşdırılmasına, leqal əmlakların sayının artmasına imkan verir. Eyni zamanda bu həmin ərazilərdə daşınmaz əmlak bazarının daha da inkişafına, canlanmasına şərait yaradır.
Qeyd edilməlidir ki, kampaniya paytaxtla yanaşı regionları, hətta ucqar kəndləri əhatə edir, tarlalarda, əkin biçin sahələrində, iş yerlərində keçirilir. Ahıl, fiziki imkanları məhdud, tənha şəxslərə yaşadıqları evlərində, mənzillərində qeydiyyat xidmətləri göstərilir.