«Narazıdır, hamı narazıdır»
BDU mühasirəyə alındı, saxlanılanlar var
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Kanada mənzil problemi
12 illik hökümətin miqrant çarəsi yeni böhrana səbəb olub
-
Bizim qırmızı sevgimiz
(Xatirələr silsiləsindən)
-
Tələbə və əmək bazarı
Dünyada və bizdə gənclərlə necə yola gedirlər?
-
Qorxusuz akademik ...
Arif Babayevin gözəl nitqi, güclü riyazi məntiqi və yüksək mədəniyyəti vardı
-
On il əvvəl bugünkü gün
Bizi xatirələrdə yaşadan gördüyümüz işlər, solmayan izlər olur
-
ANA DİLİmizin –
ATA isim-sifətlərindən, “əzəl mübtəda”larından Əbdüləzəl Dəmirçizadə...
-
“Hərəyə bir-iki şüşə ...”
Keçmiş rektorun Madrid səfəri barədə yeni iddia - içməyə Şeyxin təyyarəsində başlayıb...
-
Etil spirtinin yaratdığı “qısaqapanma”
Madriddəki biabırçılıq məhərrəmovların “kAbel”ini yandırdı...
-
4 xarici dil bilən baş nazir
Nazirlər Kabinetinin 71 yaşlı yeni rəhbəri kimdir?
-
“Bu günə qədər danışmağı sevirdim ...”
Novruz Məmmədov: “Daha çox işləmək lazımdır”
-
Sovetskidə söküntü qərarı
Meydana çıxan bəzi sualların cavabları sakinləri düşündürür
-
«Bizdən öndədirlər»
Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar
-
Türkiyədə şok olay
473 tələbə yeməkdən zəhərləndi
-
Mühasibat tabelindən xəbərsiz rektor
Mənasız reklam Abel Məhərrəmovun nəyinə lazımdır?
-
Əcnəbi tələbə 3370 nəfərə çatıb
Azərbaycanda təhsil alan xaricilərin sayı artır
-
4 il oxu, axırda da qal işsiz...
Azərbaycan universitetləri: Memarlıq və inşaat hara, neft-qaz hara, yaxud ali məktəbi bitirib ixtisasından xəbəri olmayanlar
Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) tələbələri bu gün 13:30-a etiraz aksiyası təyin ediblər. Aksiyanı «facebook» səhifələr yaratmaqla, planlaşdıran gənclər çağırışları da məhz sosial şəbəkələr vasitəsilə edirlər.
Hafta.az-ın əməkdaşı universitetdə aksiya öncəsi vəziyyəti, etirazların nədən ibarət olduğunu öyrənmək üçün BDU-da olub.
Maraqlısı budur ki, universitet tələbələri heç bir aksiya gözlənilmədiyini deyirlər. Sosial elmlər və psixologiya fakültəsində oxuyanlar bu barədə ümumiyyətlə nə «facebook», nə də hansısa sayt vasitəsilə xəbər tutmadıqlarını deyirlər: «Bunu sizdən eşidirik, 13:30 dərs vaxtıdır. İnanmıram nəsə aksiya ola...»
Mitinqin virtual təşkilatçısı hesab olunan fəlsəfə fakültəsinin birinci kurs tələbəsi Ofeliya Abdullayeva isə bu gün ümumiyyətlə dərsə gəlməyib. Universitetin Tələbə Həmkarlar Təşkilatının sədri Daşqın Qənbərov isə Hafta.az-a açıqlamasında adıçəkilən tələbənin bu gün onun qəbulunda olduğunu və ondan izahat alındığını deyib.
Amma fəlsəfə fakültəsinin tələbələri əməkdaşımızla söhbətlərində kredit qiymətlərinin artmasına görə həqiqətən narahat olduqlarını, bu qərardan narazı qaldıqlarını bildiriblər: «Narazıdır e, hamı narazıdır... Amma heç kim ayağa durub heç nə demir. Hələ ortada heç nə yoxdur, dünən artıq jurnalistika fakültəsinin tələbələrinə ilk xəbərdarlıq edilib ki, etiraz olsa qoşulmayın, valideyninizi çağıracağıq».
Məsələ ilə bağlı jurnalistika fakültəsinin dekan müavini Əli Hacıyevlə də görüşdük. Onun sözlərinə görə, bununla bağlı fakültənin tələbələrinə dekanlıq tərəfindən heç bir təzyiq göstərilməyib:
«Ola bilər ki, hansısa müəllim öz tələbəsinə nəsə məsləhət verib, nəsə deyib. Bəzən heç bizim tələbələr söhbətin nədən getdiyini, nəyə görə etiraz edildiyini bilmirlər. Görürlər hamı yığışır, onlar da küyə düşüb gedirlər. Hə, aksiya haqqında məlumat var idi, mən də oxudum. Əslində etirazı edən başqa fakültələrdir, bizim fakültənin isə adı çıxıb...»
BDU tələbələri Nazirlər Kabinetinin alt qrupda təhsil alan tələbələrin dərs saatlarına görə əlavə pul ödəmələri haqqında qanununa etiraz edirlər. Onlar sosial şəbəkələr vasitəsilə yaydıqları məlumatlarda aksiyanın «Girməyin cibimizə, tamah güc gəlib sizə!», «Kəsr üçün pul verməyək!» şüarları ilə keçəcəyini qeyd ediblər. Çağırışçılar bu şüarlarla hətta «haş taq» da yaradıblar.
«Twitter»də yayılan məlumatlara görə isə artıq universitetin aksiya keçiriləcək korpusu mühafizə xidməti tərəfindən mühasirəyə alınıb.
Musavat.com-un əməkdaşı Məhəmməd Türkmənin verdiyi məlumata görə, üç tələbə saxlanılıb. Onlardan birinin adını dəqiqləşdirmək mümkün olub - Tamerlan Baxşıyev.