vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
22:07 | 28 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 3401 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mühasibat tabelindən xəbərsiz rektor

Mənasız reklam Abel Məhərrəmovun nəyinə lazımdır?

Zaur ƏLİYEV, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

MÖVZU İLƏ ƏLAQƏLİ

BDU-da inzibati idarəetmədə çalışan rəhbər heyətin, dekan, dekan müavinləri, kafedra müdirləri, professor və dosentlər, baş müəllim və müəllimlər, elmi işçilər, o cümlədən digər əməkdaşların və «Gənc istedadlar» liseyi kollektivinin əmək haqqı dekabr ayının 1-dən 130 manatadək artırılıb. Artım ümumilikdə universitetin 3000 mindən çox əməkdaşına şamil edilib. Onu da qeyd edək ki, 90-dan artıq beynəlxalq və yerli, o cümlədən universitetdaxili 50+50 və fərdi qrant layihəsi ilə işləyən bir çox professor-müəllim heyətinin universitet maaşı ilə birgə aldığı əməkhaqqı 3000 manatdan çoxdur.

Yad adam bunu oxusa deyər ki, maşallah müəllimlər bəy balası kimi dolanırlar. 130 manatadək - yəni adi müəllimin maaşı 20-30 manat, professor akademiklərinki də 130 manat artıb. Hamıya 130 manat maaş əlavə edilməyib ki?

Bu mənasız reklam Abel Məhərrəmovun nəyinə lazımdır axı. Özü də 130 manat əlavə professor və akademikə verməklə nə dəyişəcək? Onsuz da onların yeri gələndə maaşları yaxşıdır, adi müəllimləri və texniki işçilərin maaşın artırmaq lazımdır.

İkinci qrant məsələsi. Fərdi qrant layihəsi tanışlıqla verilir. Hər kəsin belə şansı yoxdur. İkinci də 3000 min manatadək əmək haqqı 10 faiz professor və akademiklərə şamil edilir. Universitetdə 3 min texniki işçi və müəllim heyəti varsa onun 30-u bu pulları qazana bilər.

Belə reklam edib Abel müəllim camaatı aldatmayın. BDU-da texniki işçi var 130-180 manat maaş alır. Akademiklər də dövlətdən ayda 900-1200 belə alırlar. Fərqi görürsünüz?