Son dörd il dünyada ən isti illər olub
Meteoroloji qeydlər aparılandan bəri 20 ən isti il son 22 ilin payına düşür
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ozon qatı “sağalır”
Dünya Meteorologiya Təşkilatından şad xəbər
-
“La Nina gəlir”
Dünya Meteorologiya Təşkilatından xəbərdarlıq
-
20 güllə ilə dəlik-deşik edib
Müsəlman siyasətçinin İsa peyğəmbər və müqəddəs Məryəmin rəsmi hədəf seçməsi kəskin etirazla qarşılanıb
-
İldə 4,5 milyon insanın ölümünə səbəb olur
“İqlim dəyişikliyi və havanın keyfiyyəti bir-birlə əlaqəlidir”
-
Neytrallıq siyasəti qəbul olunmur
İsveçrəyə mövqeyini müəyyən etmək üçün beynəlxalq təzyiqlər artır
-
İsveçrə nüvə qadağasından geri çəkilir
Ekoloqlar narahatdır: “Yeni AES enerji təchizatında üçüncü ölkələrdən asılılığımızdan xilas etməyəcək”
-
... Mourinyonu evində yenən TÜRK
“Spartak”a gəlmiş-getmiş ən mədəni baş məşqçi, ...
-
NATO protokolları imzalayıb
Finlandiya və İsveçin hərbi alyansa qoşulmasının prosedurları davam edir
-
BMT TŞ-yə beş qeyri-daimi üzv seçilib
Mozambik bu qurumda ölkə tarixində ilk dəfə yer alır
-
“Biz birlik olmalıyıq”
Ağ Ev: “Rusiyanı çəkindirmək üçün lazım olacaq”
-
NATO genişlənir ...
Kremlin reaksiyasının sürpriz şəkildə azalmasının səbəbi nədir?
-
“Seysmik dəyişiklik”
İsveçrə də NATO-ya meyllənir
-
Əndazə...
İnsanların humanistliyi də bir yerə qədərdir
-
Tərk edilmiş kəndə köçmək istəyənlərə 25 min dollar təklif olunur
Əsas şərtlər isə 45 aşağı yaş, 200 min dollarlıq ev və 10 illik yaşamaqdır
-
İslam Kərimovun pulları ABŞ-a qismət olacaq
Əməliyyatlarda dollardan istifadə etdiyinə görə…
-
Baş nazirin qudurğan qohumu...
... Kembric universitetindən qovuldu
Dünya Meteorologiya Təşkilatı təşkilatına görə, son dörd il (2015-2018) dünyada meteoroloji qeydiyyatların aparıldığı 170 il ərzində ən isti dövr olub.
Mərkəzi qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən beynəlxalq təşkilat cari ildə də proqnozların ürəkaçan olmayacağı qənaətindədir. Bununla da təşkilat qlobal istiləşmə ilə bağlı xəbərdarlıqların nə dərəcədə ciddi olduğuna diqqət çəkib.
Təşkilatın apardığı analizdə müəyyən edilib ki, 2018-ci ildə qlobal orta temperatur sənayeləşmə mərhələsindən (1850-1900-cü illər) əvvəlki dövrlə müqayisədə 1 dərəcə, 1981-2010-cu illərin orta göstəricisindən isə 0,38 dərəcə yuxarı olub. 2015-2017-ci illərdə isə orta göstərici daha yüksəyə qalxaraq, sənayeləşmədən əvvəlki dövrdən 1,1 dərəcə yuxarı olub. Meteoroloqlar "El Ninyo" qasırğasının istiləşmədə xüsusi effektini də diqqətdən qaçırmayıblar.
Dünya Meteorologiya Təşkilatının baş katibi Petteri Taalas uzunmüddətli trendi şərh edərkən bildirib ki, meteoroloji qeydlər aparılandan bəri 20 ən isti il son 22 ilin payına düşür. Son dörd ildəki istiləşmə həm quruda, həm də okeanlarda özünü büruzə verib və atmosferdə zərərli qazların konsentrasiyası ilə müşayiət olunub. P.Taalas qeyd edib ki, yüksələn ortalama temperatur və istixana qazlarının rekord konsentrasiyası 2018-ci ildə dünyanın bir çox regionlarında ekstremal hava şəraitinə gətirib çıxarıb, nəticədə milyonlarla insana, ölkə iqtisadiyyatı və ekosistemə ağır zərbə dəyib.
2019-cu il də mavi planet üçün rekord temperaturlarla başlayıb. Yanvar ayı Avstraliyada materikin meteoroloji tarixində ən isti ay kimi tarixə düşüb, Şimali Amerikada isə əksinə - şiddətli soyuqlar qeydə alınıb. Arktikada buzların əriməsinin iki dəfə daha sürətlə baş verməsi isə dünyanın müxtəlif regionlarında hava dəyişikliyi və iqlim problemlərinə gətirib çıxarır.
P.Taalas qeyd edib ki, qlobal istiləşmə tendensiyası iqlim dəyişiklikliyinə qarşı uzunmüddətli proqramların hazırlanması və addımların atılmasını tələb edir.