

Üçtərəfli sənədə sözardı və bir neçə suala cavab
Bayden Ərdoğanı təriflədi
“Rusiya buna cavab vermək məcburiyyətində qalacaq”
NATO Rusiya sərhədlərinə yaxınlaşdı
Əsas mövzu NATO və Ukraynadır
Rusiya II Dünya Müharibəsindən sonra oturuşmuş təhlükəsizlik nizamını pozub
Ankara ehtiyatı əldən verməyəcək
Türkiyə Finlandiya və İsveçə NATO-ya qoşulmağına “yaşıl işıq” yandırmaqla ...
Rusiyanın əleyhinə üç hadisə baş verdi
Üç ölkənin xarici işlər nazirləri memorandum imzalayıb
Ankara bildirir ki, tələbləri icra olunmasa Finlandiya və İsveçin alyansa üzv olmasına mane olacaq
ABŞ əsgər çatışmazlığı ilə üzləşib
Madriddə minlərlə insan NATO sammitinə etiraz edib
Putin bu savaşdan öncə nə umurdu - nə buldu?
Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə imkan verəcəkmi?
Madriddə Türkiyə-NATO-İsveç-Finlandiya rəhbərlərinin görüşü keçiriləcək
ABŞ Prezidenti Co Bayden cümə axşamı Ağ Evdə Finlandiya Prezidenti Sauli Niinisto və İsveçin Baş naziri Maqdalena Andersson ilə onların NATO-ya müraciətlərini, Ukraynaya dəstəyi və Avropanın təhlükəsizliyini müzakirə edəcək.
Bayden İsveç və Finlandiya Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq NATO hərbi ittifaqına üzvlüyünə rəsmi müraciət edəndən sonra çərşənbə günü onların “vacib qərarını” alqışlayıb.
“Mən Finlandiya və İsveçin NATO üzvlüyünə tarixi müraciətini səmimi olaraq alqışlayıram və qətiyyətlə dəstəkləyirəm və ABŞ Konqresi və NATO müttəfiqlərimizlə birlikdə işləyib, Finlandiya və İsveçi tarixin ən güclü müdafiə alyansına qəbul etməyi səbirsizliklə gözləyirəm”, Bayden deyib.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin isveçli həmkarı Piter Hultqvistə deyib ki, “Biz sizin NATO ittifaqına töhfələrinizi səbirsizliklə gözləyirik”.
Hultqvist deyib ki, İsveç öz təhlükəsizliyini təmin etmək üçün öz seçimlərini etmək hüququndan istifadə edir.
“İndi Avropa və Şimali Amerika demokratiyalarının Rusiyanın çılpaq təcavüzünə qarşı birlik olmalı olduğu bir dövrdür”, Hultqvist deyib.
NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü alyansın Brüsseldəki baş qərargahında hər iki ölkənin səfirlərinin rəsmi ərizə məktublarını aldıqdan sonra bu barədə açıqlama verib.
“Bu, təhlükəsizliyimiz üçün kritik bir zamanda yaxşı bir gündür,” Stoltenberq deyib. “Bütün müttəfiqlər NATO-nun genişlənməsinin vacib olduğunda həmfikirdir. Biz hamımız razılaşırıq ki, biz birlik olmalıyıq. Və biz hamımız razılaşırıq ki, bu, tarixi bir andır”.
ABŞ-ın yüksək vəzifəli müdafiə rəsmisi deyib ki, Ostin və Hultqvist “NATO üzvlüyünə müraciət ilə” Pentaqonun sözləri ilə “onların nəhayət alyansa qoşulması” arasındakı “aralıq müddəti” müzakirə ediblər.
Rəsmi deyib ki, Ostin açıq şəkildə bildirib ki, Birləşmiş Ştatlar İsveç ordusu ilə bağlı rahatdır və “onlarla təhlükəsizlik və bacarıq ehtiyacları barədə müzakirə etməkdən məmnun olardılar ki, bu, onlara təminat vermək və ehtiyac yaranarsa, Rusiyanı çəkindirmək üçün lazım olacaq”.