Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
16:34 | 19 may 2022 | Cümə axşamı
Məqaləyə 1146 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Ermənistanda qutudan kim çıxacaq ...
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
Almaniyanın Kansleri Olaf Şolts deyir ki, Rusiyanın işğalına baxmayaraq, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü sürətləndirilə bilməz. Kiyev isə bu bəyanatı “ikinci dərəcəli” davranış kimi dəyərləndirib.
“Aİ-yə aparan kəsə yol yoxdur”, – Şolts mayın 19-da Almaniya parlamentində deyib. Onun sözlərinə görə, Ukraynaya müstəsna münasibət bloka üzv olmaq istəyən Qərbi Balkan ölkələrinə haqsızlıq olardı.
“Üzvlük prosesi bir neçə ayın, yaxud ilin işi deyil”, – Şolts vurğulayıb.
Kansler Ukraynaya qısa müddətə kömək üçün digər yollara əl atmağa çağırıb. Onun sözlərinə görə, prioritet “Ukraynaya cəld və praqmatik dəstəyə konsentrasiya olunmaq”dır.
***
Fransa Prezidenti Emmanuel Makron da Ukrayna kimi namizədin Aİ-yə qoşulmasının “onillər” çəkəcəyini deyib. Makron təklif edib ki, blokdan kənar daha geniş siyasi təşkilat yaradılsın, hətta Britaniya ora salınsın.
Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba Şoltsun bəyanatını tənqid edərək, Aİ-nin bəzi üzvlərinin Kiyevə qarşı “ikinci dərəcəli yanaşma” sərgilədiyini deyib.
“Son illər Aİ-nin bəzi paytaxtlarının Ukraynanın Avropa perspektivilə bağlı göstərdiyi strateji ikimənalılıq iflas edib və buna son qoyulmalıdır”, –Kuleba “Twitter”də yazıb.
Onun sözlərinə görə, bu yanaşma yalnız Rusiya Prezidenti Vladimir Putini “cəsarətləndirib”.
Kuleba deyir ki, Ukraynaya “ikinci dərəcəli yanaşma” “ukraynalıların hisslərinə toxunur”.
***
Şoltsun mayın 19-da dediyinə görə, ayın sonunda Aİ sammitində “Qərbi Balkanların Aİ-yə məxsus olmasına dair aydın mesaj verəcək”.
“Onlar illərdir intensiv islahatlar aparır, üzvlüyə hazırlaşırlar”, – Şolts deyib.
“Bizim onlara verdiyimiz vədi tutmağımız öz etibarımızla bağlı məsələdir. Onların inteqrasiyası bu gün həmişəkindən daha çox strateji marağımızdadır”, – o vurğulayıb.
27 üzvlük blokun liderləri oktyabrda Sloveniya sammitində Qərbi Balkanlardan altı namizəd ölkənin üzvlüyü üçün konkret qrafik təklif etməyib, yalnız o vurğulanıb ki, blok “genişlənmə prosesinə sadiqdir”.
Aİ-nin bəyanatı Albaniya, Bosniya, Serbiya, Monteneqro, Şimali Makedoniya və Kosovo tərəfindən məyusluqla qarşılanmışdı.