NATO genişlənir ...
Kremlin reaksiyasının sürpriz şəkildə azalmasının səbəbi nədir?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskvanın Finlandiya və İsveçin NATO-ya üzvlüyünə cavabı hərbi alyansın infrastruktur baxımdan genişlənməsindən asılı olacaq.
Putinə görə “problemlər heç nədən yaradılsa da”, Ukrayna ilə müqayisədə Rusiyanın İsveç və Finlandiya ilə “heç bir problemi yoxdur”.
İsveçin Baş naziri Maqdalena Andersson bazar ertəsi günü ölkəsinin NATO-ya üzvlük üçün müraciət etdiyini bildirib.
Bu isə hərbi ittifaqın çox qısa zamanda daha iki yeni üzvü - Finlandiya və İsveçlə genişlənəcəyi deməkdir. Bununla da Rusiyanın NATO ilə sərhədləri əhəmiyyətli dərəcədə uzanmış olacaq.
***
Moskvanın maraqlarına zidd olan NATO-nun genişlənməsinə Kremldən bu cür reaksiyanın gəlməsi bəziləri üçün qəribə görünə bilər.
Görünür, Kreml də İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə Ukraynanın alyansa mümkün üzvlüyü arasında fərqi hiss edir və ona görə də fərqli reaksiya verir.
Ukraynanın heç bir hərbi bloka üzv olmaması Moskvanın Kiyevlə apardığı sülh danışıqlarında əsas tələblərdən biridir.
“Bizim Finlandiya və İsveçlə heç bir münaqişəli ərazimiz yoxdur. Lakin Ukraynanın NATO-ya daxil olması ilə Rusiyanın hərbi ittifaqda yer alan ölkələrlə ərazi münaqişəsi yarana bilər ki, bu da bütün materik üçün böyük risk deməkdir”, -Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Yanvarda Moskva NATO-nu şərqə doğru genişlənməkdən və Ukrayna da daxil olmaqla, keçmiş Sovet ölkələrini bloka daxil etməkdən çəkinməyi tələb edib.
Bundan əlavə, Kreml NATO-nu həmin dövlətlərlə hərbi əməkdaşlıqdan imtina etməyə və qüvvələrini 1997-ci ildəki mövqeyinə (Mərkəzi və Şərqi Avropa, eləcə də Baltik ölkələrinin NATO-ya üzv olmadığı dövrə) qaytarmağa çağırıb.
Rusiya Prezidenti bəyan edib ki, 1949-cu ildə imzalanan Şimali Atlantika Müqaviləsinə görə, NATO-ya yeni üzvlər seçilə bilməz.
***
Bazar ertəsi günü KTMT-nın ildönümündə çıxış edən Vladimir Putin yenidən Ukraynanın ünvanına eyni ittihamları səsləndirib. Bildirib ki, “bioloji silahların bəzi komponentlərinin Rusiya sərhədlərinə yaxın ərazilərdə” yerləşdirilməsinə dair “tutarlı faktlar” var.
O, çıxışında bir daha Ukraynada “neo-nasizmin dirçəlişi” mövzusuna qayıdıb. Qərbi bu məsələyə göz yummaqda ittiham edən Rusiya lideri Ukraynada nasizmin dövlət səviyyəsində tərənnüm edildiyini diqqətə çatdırıb.
Məsələyə ümumi olaraq baxıldığında isə, keçmiş sosialist ölkələrin hərbi alyansa üzvlüyünün Kreml üçün qəbuledilməz və təhdid olduğu görünür.
Siyasi təhlilçi Tatyana Stanovaya yazır ki, “Putin üçün NATO hər zaman hərbi-strateji təhdid kimi deyil, geosiyasi və tarixi problem kimi görünür”. Başqa sözlə desək, Putin NATO-nun qərbdə mövcud olmasını istəyir, “bizimlə birlikdə” olmasını deyil. Ukrayna, Gürcüstan və Moldova “bizimlərdir”. Tarixən də “bizimlə olub”.
“Yeri gəlmişkən, bununla əlaqədar olaraq, hərbi dairələrdə fikir-ayrılığı getdikcə böyüyür. Çünki onlar NATO-nu hərbi-strateji təhdid kimi görürlər və Putinin “məntiqinin” yanlış olduğu qənaətindədirlər. Onlar hesab edir ki, Putin “bizi” qoruyur”, - Stanovaya bu fikirdədir.
***
İsveçin Baş naziri Maqdalena Andersson ölkəsinin NATO-ya üzvlükdə maraqlı olduğunu bildirsə də, ərazisində daimi olaraq hər hansı nüvə silahlarının və ya NATO hərbi bazasının yerləşdirilməyəcəyini deyib.
Andersson qeyd edib ki, hazırda İsveç üçün heç bir hərbi təhdid yoxdur. Lakin o, hərbi ittifaqa daxil olduqdan sonra İsveçin xüsusi həssas bölgəyə çevriləcəyini bildirib.
Bir müddət əvvəl Böyük Britaniya İsveç və Finlandiya ilə qarşılıqlı təhlükəsizlik qarantiyası barədə bəyannamə imzalayıb. Sənədə əsasən, London bu ölkələrə hücum olduğu təqdirdə hərbi yardım göstərəcək.
İsveç və Finlandiya hərbi alyansa rəsmi olaraq qoşulmazdan əvvəl belə bir sənədin imzalanmasını təhlükəsizlik baxımından yüksək qiymətləndirib.
Norveç, Danimarka və İslandiya da NATO-ya qoşulmazdan əvvəl birgə bəyanat yayaraq, sərhədlərinə təhlükə yarandığı təqdirdə qonşu ölkələri müdafiə edəcəklərinə dair söz veriblər. (BBC)