
Marsel alovlara təslim oldu
Onlarla ev və avtomobil yanıb, nəqliyyat iflic olub
Onlarla ev və avtomobil yanıb, nəqliyyat iflic olub
Marsel hava limanı bağlanıb, qatarların hərəkəti dayandırılıb
Dünya istiləşir, amma almanlar ekoloji şüurlarını itirirlər
Fermada baş verən yanğında yüzlərlə heyvan həlak olub
Daha bir şəhər boşaldılıb
Meşənin alovlanması səbəbindən 2 kənd boşaldılıb
Yunanıstanın cənnəti cəhənnəmə döndü
Fövqəladə vəziyyət elan edilib
Evlər və hotellər boşaldılıb
Mübahisə edən məhbuslar çarpayıya od vurdular
Yanğınlar necə başladı, son vəziyyət necədir?
Minlərlə insan evsiz qaldı
İnsan fəaliyyətləri vəziyyəti getdikcə pisləşdirir
Nəhəng gəmi 3 min avtomobil üçün məzar oldu
Fövqəladə vəziyyət elan edildi, ada boşaldıldı
Alimlər təcili tədbirlər görməyə çağırırlar
Dünya Meteorologiya Təşkilatının (World Meteorological Organization – WMO) havanın keyfiyyəti və iqlimlə bağlı yeni hesabatı dərc olunub.
Hesabatda iqlim dəyişikliyinin meşə yanğınlarına və havanın çirklənməsinə böyük təsirləri olduğu bildirilərək, yanğınların və havanın çirklənməsinin insan sağlamlığına, ekosistemlərə və kənd təsərrüfatına getdikcə artan mənfi təsirlərinə diqqət çəkilib.
“Havanın çirklənməsi hər il 4,5 milyondan çox insanın vaxtından əvvəl ölümünə, həmçinin yüksək iqtisadi və ekoloji xərclərə səbəb olur”, – hesabatda deyilir.
Hesabatda meşə yanğınlarından çıxan tüstünün insanlara, ekosistemə və məhsulun sağlamlığına zərər verdiyi də vurğulanıb.
Hesabatda fikirlərinə yer verilən Dünya Ticarət Təşkilatının Baş Katibinin müavini Ko Barret deyib: “İqlim dəyişikliyi və havanın keyfiyyəti ayrı-ayrılıqda müzakirə edilə bilməz. Bu qarşılıqlı əlaqəni qəbul və buna uyğun hərəkət etmək planetimizin sağlamlığı, dünya əhalisinə və iqtisadiyyatına qarşılıqlı olaraq faydalılıq saxlayacaq”, – deyib.
Hesabatdakı məlumatların 2023-cü ilə aid olduğunu, lakin bu tendensiyaların 2024-cü ilin ilk 8 ayında davam etdiyini vurğulayan Barret, “Həddindən artıq istilər və davamlı quraqlıqlar meşə yanğınları və havanın çirklənməsi riskini artırır. Bu o deməkdir ki, iqlim dəyişikliyinin fəsadları ilə get-gedə daha çox qarşılaşırıq. Beynəlxalq elm və tədqiqat həllər tapmaq üçün açardır”, – deyib.