vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
14:11 | 10 sentyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 180 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

20 güllə ilə dəlik-deşik edib

Müsəlman siyasətçinin İsa peyğəmbər və müqəddəs Məryəmin rəsmi hədəf seçməsi kəskin etirazla qarşılanıb

XALİDƏ

“X” sosial platformasında (Twitter) Məryəm, İsa və Ameti sözləri İsveçrə gündəmini zəbt edib. Belə ki, İsveçrənin Liberal Yaşıllar Partiyasının müsəlman üzvü Sanica Ameti atış meydançasında etdiyi hərəkətlə ölkə diqqətləri öz üzərinə çəkib.

Ameti güllə atıcılığı mərkəzində hədəf kimi 14-cü əsr italyan rəssamı Tommaso del Mazza tərəfindən çəkilmiş İsa və Məryəmin təsvirinin çapından istifadə edib. 20 güllə atışı həyata keçirən müsəlman siyasətçi şəkili dəlik-deşik edib. Ötən həftə sosial şəbəkədəki həm pzünün həm də deşilmiş rəsmin  fotonun son halını paylaşan Ameti ictimaiyyətin kəskin qınağına tuş gəlib.

1992-ci ildə bosniyalı müsəlman ailənin övladı olaraq dünyaya gələn siyasətçiyə müqəddəs saydıqları fiqurun şəklinin deşik-deşik olduğunu görənlər etirazlarını bildirib.

Bunun üzərinə Ameti paylaşımını silib və üzr istəyib.

O, təsviri silsilənin kataloqundan seçdiyini iddia edib, çünki onu 10 metr məsafədən hədəf olmaq üçün kifayət qədər böyük hədəf lazım imiş: “Şəkillərin məzmununa fikir vermədim. Bu düzgün addım deyildi. Əgər kimisə incitmişəmsə, səmimi qəlbdən üzr istəyirəm”.

Ameti mövzu ilə bağlı İsveçrənin “Blick” qəzetinin suallarını da cavablandırıb. O, öz hərəkətini “tamamilə axmaq” hesab etdiyini vurğulayarkən ehtiyatsız olduğunu bəyan edib.

Bir çox siyasətçilər, xüsusən də radikal sağçılar Ameti pisləyiblər. Mass-Voll partiyasının qurucusu Nicolas Rimoldi, Ametinin xristianlara qarşı nifrəti qızışdırmağa çalışdığını irəli sürüb. Rimoldi hadisəylə bağlı məhkəməyə müraciət etməyi düşündüyünü də bildirib.

Öz partiyasının Sürix təşkilatı da Ametinin “İnstaqramdakı” paylaşımının Liberal Yaşılların vizyonuna uyğun gəlmədiyini vurğuladı: “Partiyamız dini simvollara qarşı hər cür hücum və hörmətsizliyi rədd edir və tolerantlığa, hörmətə və dinc ünsiyyətə sadiqdir”.

İsveçrə qanunlarına görə, başqalarının dini inanclarını açıq şəkildə təhqir edənlər cəzalandırıla bilər.

Ametinin ailəsi 1990-cı illərdə müharibə və soyqırımdan xilas olmaq üçün İsveçrəyə sığınıb. Hüquq təhsili alan və hüquqşünas olan Ameti immiqrantlar üçün uğur nümunəsi kimi göstərilir.

Gənc siyasətçi “populizm” və “açıq və mütərəqqi cəmiyyət”lə mübarizə məqsədi daşıyan “Operation Libero” adlı siyasi hərəkatın həmsədridir.

2021-ci ildə İsveçrədə ibadət yerləri istisna olmaqla, bütün ictimai yerlərdə burqa və örtün qadağası referenduma çıxarılmazdan əvvəl Ameti kampaniyalar zamanı istifadə edilən rəsmlərin müsəlmanları narahat etdiyini bildirib.

O dövrdə BBC və “New York Times” kimi media orqanlarının fikrini soruşan Ameti, referendumda qadağa qərarı verildikdən sonra bu ifadələrdən istifadə etdi: “İşlər daha da pisləşdikcə, bu, vəziyyəti daha da irəli aparır və məni qorxudur”.