vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
15:48 | 28 fevral 2014 | Cümə Məqaləyə 1606 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bəs deyil?»

«Camaat 5 il, mən 15 il işlədim»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılan yeni «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinin bu gün təqdimetmə mərasimi olub.

Maraqlıdır ki, yeni rəhbərliyin kollektivə təqdim olunması Bakı Metropoliten İdarəsində deyil, Hökumət Evində baş tutub. Dünənədək metropoliten idarəsinin rəhbəri olan Tağı Əhmədov da burada iştirak edib. Keçmiş rəis ANS-ə danışıb. O, dəyişikliyin normal olduğunu bildirib.

«Çox yerində verilən qərardır. Əgər metropoliten idarəsi birləşib, səhmdar cəmiyyəti yaranırsa, bu yaxşıdır. Mənə gəlincə, camaat 5 il işləyir. Mən bu vəzifədə 15 il işləmişəm, bu bəs deyil?», - deyə Tağı Əhmədov bildirib.

Tağı Əhmədov gedəndən sonra yeni rəhbər Zaur Hüseynov kollektivə təqdim olunub. Yeni rəis Bakı Metropoliten İdarəsinə gəlib.