«Yanukoviçin oğurladıqları Qərbdədir, ondan da...»
Araz Əlizadə: «İsa Qəmbər Xocalı faciəsini öz karyerasına qurban verdi»
Səbinə ƏVƏZQIZI, Murad ƏHMƏD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İsa Qəmbər razılaşmanı pozdu”
Tofiq Yaqublu: “Hətta Arif Hacılının katibəsi də Müsavat Məclisinə seçilib”
-
Azadlıq Azmanı
Milli istiqlalımızın ilkinə bənzərsiz ictimai-siyasi çabalarıyla nail olmuş, bərpasınasa mənəvi-məfkurəvi ideyaları ilə zəmin yaratmış Məhəmməd Əmin...
-
“AXC Fələstindəki yəhudiləri dəstəkləyib”
Yəhudi tədqiqatçıdan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı maraqlı açıqlamalar
-
Mistik çalarlara ehtiyac yoxdur
Rəsulzadə regionun ən proqressiv, ən demokrat müsəlman lideri idi
-
Hamımızın adından - Rəsulzadəyə!
Məhəmməd Əminin həzzi (dərdi) və xalqı haqda
-
“Ona qayıtmalı olacaqsan”
“M.Ə.Rəsulzadə söhbəti”nin yenidən güclənməsi təsadüfi deyil
-
Sən bizimsən, bizimsən ...
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 135 il ötür
-
“Cavad xan mövzusu sanki taleyimə çevrildi...”
Akademik Opera və Balet Teatrında Sərdar Fərəcovun "Cavad xan" baletinin premyerası olacaq
-
“Cümhuriyyətin yaranması regionda dönüş nöqtəsi olub”
İsrail lideri İlham Əliyevə məktub göndərdi
-
“İslam dünyasında ilk dünyəvi, parlamentli respublika”
“The Jerusalem Post”: “Azərbaycan Xalq Cümhuriyyəti milli azadlıq hərəkatı tarixində dərin və silinməz izlər qoydu”
-
23 ayda 100 ilə bərabər müstəqillik
Yaşasın Cümhuriyyət!
-
«Ermənistanda mənə hədsiz nifrət edirlər»
Ayaz Mütəllibov: «Baş verənlərə görə onlar məsuliyyət daşıyır...»
-
İsa Qəmbər seçkiyə niyə buraxılmadı?
Başqan müavinindən Müsavat Məclisinin qərarına üsyankar status...
-
Tarixə şikəst düşüncə ilə baxanlar
… Yaxud İranın dəyişməyən və görünür heç vaxt da dəyişməyəcək davranışları
-
«Neftin qarant olması danılmaz faktdır»
Ayaz Mütəllibov: «Moskva Azərbaycanın müstəqilliyi ilə barışıb»
-
«Heç kimə əngəl yaratmırıq»
«Rusiya Azərbaycan-Avropa münasibətlərinin gərginləşməsində maraqlıdır»
«Hafta.az-ın qonağı» rubrikasının növbəti müsahibi Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadədir. A.Əlizadə Ukrayna hadisələri, partiyanın fəaliyyəti, Xocalı faciəsi ərəfəsində Azərbaycan hakimiyyətində baş verənlər, «Sovetski» hadisələri, dini təhlükə və özünün həyatı haqda danışdı. Uzun müddət Ukraynada çalışan siyasətçimizlə söhbəti elə oradan başlayırıq:
- Ukrayna hadisələrinin hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Bu Ukrayna dövlətinin və xalqının məhvidir. Bunu da Ukrayna xalqının başına qərb, yerli oliqarxlar və millətçilər açdı. Düzdür, Yanukoviçin tamahkarlığı və onun ətrafının oğurluğu da var. «Berkut», nümayişçiləri yarım saat ərzində əzib tökərdi. Qərb dedi eləmə. Guya bunlar dinc nümayişçilərdir. Necə dinc nümayişçilərdir ki, «Molotov kokteyli», güllə atır, «Berkut»u daş-qalaq edirlər. Rəsmi qanun keşikçiləri ölür, amma qərb deyir ki, bunlar dinc nümayişçilərdi, toxunmayın. Məsələ budur ki, bütün oliqarxların pulları xarici banklardadır. Onlar bilir ki, ABŞ istədiyi zaman o hesabları donduracaq. İkincisi, Yanukoviçin də pulları qərbdədir. Ona da deyir ki, sus, biz deyəni edəcəksən. Yanukoviç bir tərəfdən Ukraynanın iqtisadi böhranını düşünüb, Avropa Birliyi ilə saziş imzalamaqdan imtina etdi, digər tərəfdən oğurladıqları qərbdədir, ondan da keçə bilmir. Axırda «Əli aşından da oldu, Vəli aşından da». Vəziyyət o həddə çatıb ki, millətçilərin beşiyi olan qərbi Ukraynada ziyalılar ayağa qalxdı ki, xalqı niyə hissələrə bölürsüz?!
- Krım hadisələri Qarabağ münaqişəsinə çevrilə bilərmi?
- Krım Ukraynanın ağrılı yeridir. Çünki sovet dövründə müharibə başlayanda onları sürgün etdilər. Krım tatarları pula, imtiyazlara görə həmişə burdan-ora, ordan-bura qaçırlar. Böyük Vətən müharibəsi başlayanda onlar alman faşistlərini atla qarşılayırdılar. Ona görə də Stalin onları sürgün etmişdi. Bunlar sürgündən qayıdandan sonra dinc yola gedə bilmirlər. Deyirlər bizim dədə-baba torpaqlarımızı qaytarın. Bu da mümkün olan şey deyil.
- Sizin bu çıxışlarınız Rusiyaya meylli olmağınızla bağlı iddiaları doğruldurmu?
- Xeyr. Mən açıq deyirəm ki, Rusiya indiyədək daim öz müttəfiqlərini satıb və sata-sata da gedir. Mən necə Rusiya meylli olaram?! Putin öz imicinə Rusiyanın gələcəyini qurban vermək istəyir.
PUTİN GƏLƏNDƏ YELTSİNƏ SÖZ VERMİŞDİ Kİ…
- Rusiya və ABŞ öz intriqalarını niyə başqa dövlətlərin ərazisinə yürüdürlər?
- ABŞ, SSRİ dağılandan sonra hesab etdi ki, dünyanın tək ağasıdır. Nə istəsə edəcək və heç kim səsini çıxarmayacaq. Yeltsin Rusiyası buna razılıq verdi. Putin gələndə Yeltsinə söz vermişdi ki, bir prezident müddətində onun ətrafı ilə işləyəcək. İkinci prezidentlik müddətində bütün oliqarxları dağıtdı. ABŞ gördü ki, Putin ordunu bərpa etməyə başlayıb. Bu Amerikanın xoşuna gəlmədi.
- «Sosintern»lə əlaqələriniz necədir?
- Əlaqələrimiz normaldır. Amma biz orada ermənini susdura bilmirik. Çünki uzaqlaşdığımız müddətdə daşnaklar vitse-prezident olublar. Bunun üçün Azərbaycandan bizdən yazan insanlara «çox sağ ol» demək lazımdır. Düzdür, bizim də bəzi günahlarımız oldu. Maddi imkanımız da pis idi. Dörd il üzvlük haqqını verə bilmədik. Üzvlük haqqı 3000 funtdur, amma bizə güzəşt edib 1000 funt etmişdilər. Mən burada çox insanlara müraciət etdim ki, kömək olun, biz bundan istifadə edib ermənilərə cavab verə bilərik. Kömək edən olmadı. Mən maşınımı satıb bunu ödədim.
- Sizdən kimlər yazmışdı?
- Keçmiş partiyamızın rəhbərliyində olan şəxslər.
- «Sosintern»in Kiyevdə keçirilməsi nəzərdə tutulan növbəti iclası haqda son məlumatlar nədir?
- İclas təxirə salındı. Keçirilmə yeri dəyişəcək. Gözləyirik.
«MÜXALİFƏT PARLAMENTDƏ OLMALIDIR Kİ, KÜÇƏLƏRƏ ÇIXMASIN»
- Prezident seçkilərindən sonra ASDP-nin fəaliyyəti nədən ibarət olub?
- Bizim həmişə bir fəaliyyətimiz olub ki, əsasən jurnalistlərin suallarına cavab veririk. (Gülür...) Bələdiyyə və parlament seçkilərinə hazırlaşırıq. Bilirsiniz, mən həmişə deyirəm ki, müxalifət parlamentdə olmalıdır ki, küçələrə çıxmasın. Hərdən müxalifətin də sözünə qulaq asmaq lazımdır. Müxalifətdə də ağıllı adamlar olur. Amma bunu bizim radikal müxalifətə aid etmək olmaz. Mənim Mirmahmud Mirəlioğluna hörmətim vardır ki, əqidəsindən dönməyib, satılmayıb. Amma bu günlərdə eşitdim Mirəlioğlu deyib ki, Araz Əlizadə Yaqub Məmmədova deyirdi hakimiyyəti özün götür. Mən heç Yaqub Məmmədovu tanımırdım. Həm də hakimiyyəti özləri Yaqub Məmmədova vermişdilər. Ayıbdı…
- Amma hərəkat dövründən onlarla bir yerdə olmusuz…
- Mən heç vaxt xalq cəbhəsinin üzvü olmamışam. Mitinqlərə öz tərəfdarlarımla gedirdim ki, görək bunun mayası hardan götürülür. Biz gördük ki, meydan hərəkatını «KQB» idarə edir. Mən Zərdüştə (Zərdüşt Əlizadə - Araz Əlizadənin qardaşı - red.) görə Xalq Cəbhəsinə maddi yardım etmişəm. Xalq Cəbhəsinin əksər üzvləri mənim evimdə qalırdı, çünki sovet dövründə mehmanxanada qalmaq bahalı idi. Xalq Cəbhəsinin döş nişanlarını da mən sifariş etmişdim. Bunları ancaq Zərdüştə görə edirdim.
- Ancaq siyasətə elə onlarla bir yerdə gəlmisiz…
- Mən siyasətə Qarabağ deyib gəlmişəm. Və yeganə siyasətçiyəm demişəm ki, məndən başqa Qarabağ problemini kim həll etsə, həmin gün siyasətdən getməyə hazıram. Ümumiyyətlə, mən uşaqlıqdan futbolçu olmaq istəyirdim. Nə alim, nə də siyasətçi olmaq istəmirdim. Futbolçu olmadığıma görə peşmanam. Siyasətdən bir şey çıxmayanda 33 yaşımda məşqçi olub, futbol oynayıb ailəmi dolandırmışam.
- Hazırkı müxalifətlə bir araya gəlmək çox çətindir?
- Onlar həmişə siyasətdə özlərini, mən isə Qarabağı fikirləşmişəm. Misallar deyim. SSRİ Ali Sovetin Qarabağla əlaqədar sessiyası çağırılanda Nemət Pənahlının uşaqları Bakıda qırğın törətmək istəyirdi. Mən onda heç İsanı (İsa Qəmbər – red.) tanımırdım. Zərdüştlə bir yerdə işləyirdilər. Mən dedim ki, İsanı haradan tapmaq olar? Zərdüşt dedi həmişəki kimi tennis stolunun arxasında. 12 ildə bir ədəd də elmi məqalə yazmamışdı. Zərdüşt İsayla danışdı ki, camaatla danışmaq lazımdır ki, qırğın düşməsin. Olsa, Ali Sovet Qarabağı ermənilərə verəcək. O da dedi ki, bunlar boş şeydir, mənim qarşıda 30 illik siyasi fəaliyyətim var. Mən bunların qarşısını almaq üçün fəaliyyətimi qurban verə bilmərəm. Bundan başqa, 20 Yanvardan əvvəl Zərdüştə dedim gedək İsayla, Hikmət Hacızadəyə deyək ki, camaatla danışsınlar. O vaxt Zərdüşt Xalq Cəbhəsindən çıxmışdı. Dedik insanlara desinlər ki, tankın qabağına çıxmasınlar, öldürəcəklər. İsa demişdi ki, bunu etsəm sonra da məni lənətləyəcəklər və mən gərək siyasətdən gedəm. Leyla Yunus Hikmətə zəng burub soruşmuşdu ki, neynirsən? Hikmət deyib yatıram. Deyəndə ki, şəhərdə camaatı öldürürlər, deyib gözüm aydın. Nəhayət, Xocalıdan sonra Yeltsin çox hirslənmişdi. Martın 6-da 3 diviziya Qarabağı ermənilərdən xilas etməli idi. Danışıqları mən aparırdım. Təhmasib Novruzov Ağdamdan gəldi, İsanın qarşısında diz çökdü ki, dövlət çevrilişi etməyin. Mütəllibov dedi ki, qoy Qarabağı azad edək, sonra mən erkən seçkilərə gedəcəyəm. Pənah, İsa, Tofiq dedi ki, biz uşaq deyilik. Qarabağı kim azad eləsə, seçkilərdə də o qalib gələcək. Mən indi bu adamlarla necə bir yerdə olum?! Mən onlara düşmənəm.
- Müsavat Partiyası sədrinin dəyişməsi gündəmdədir. Bu məsələyə sizin münasibətiniz necədir?
- Azərbaycanda qanunun qurultay müddətindən 6 ay keçəndən sonra Ədliyyə Nazirliyi Müsavat Partiyasına xəbərdarlıq etməli, 3 aydan sonra isə o partiya bağlanmalı idi. Nizamnamə hər bir partiyanın konstitusiyasıdır. Üç ildir öz konstitusiyasına əməl etməyən partiya hakimiyyətə gələndə ölkənin konstitusiyasına necə əməl edəcək?!
- Xocalı soyqırımında günahlandırılan Ayaz Mütəllimov bunun səbəbkarı kimi AXC-ni göstərdi. O dövrdə proseslər necə gedirdi? Kim günahkar idi?
- Vertolyot qəzasından sonra artıq hakimiyyət orqanları yox idi. Həsən Həsənov, Xalq Cəbhəsi, Rüfət Ağayev Ayaz Mütəllibovun tapşırıqlarını yerinə yetirmirdilər. Mən ordunun bölünməsi ilə bağlı Moskva ilə danışıqlar aparmışdım. Ayaz Mütəllibovun köməkçisi Gürşad Fərzəliyev mənə zəng etdi ki, Rusiya müdafiə nazirinin müavini Qromov və donanma admiralı Çernavin gəlib. Xəzər donanmasının bölünməsi məsələsi ilə Ayaz müəllim xahiş edib ki, görüşdə sən də iştirak edəsən. Mən gəldim gördüm ki, bütün vəzifəlilər oturub. Sual verdim ki, Ayaz müəllim nə qərara gəldiz? Dedi nə ilə əlaqədar. Dedim fevralın 12-də AXC Məclisinin sədri Arif Hacıyevin imzası ilə qərar qəbul olunub ki, ya Mütəllibov istefaya getsin, ya da hərbi yolla onu hakimiyyətdən kənarlaşdıracağıq. Hələ Xocalı faciəsi olmamışdı, fevralın 21-i, ya da 22-i idi. Ayaz müəllim dedi ki, mənim bundan xəbərim yoxdur. Mətbuat katibi Rasim Ağayevə dedim niyə prezidentə bu barədə məlumat verməmisiz? Dedi ciddi şey deyil, hamısı bizim uşaqlardır. Dedilər sən nə edərdin? Dedim ABŞ-da bir radikal təşkilat belə bəyanat versə, həmin adamlar həbs edilərdi. Çünki bu açıq dövlət çevrilişidir. Tamerlan Qarayev dedi ki, olmaz Ayaz müəllim, sizin dünyada imiciniz aşağı düşər. Dedim Ayaz müəllim bir ay sonra onlar sizi devirəndə bu insanların heç biri sizin yanınızda olmayacaq. İclasda Qarabağ məsələsi oldu, Ayaz müəllim Tamerlandan xahiş etdi ki, sən ağdamlısan, Qarabağda hörmətin var. Get, Qarabağda özünümüdafiə batalyonları bir-biri ilə qırışırlar. Onları bir araya gətir, gedin Xocalıya kömək edin. Tahir Əliyev Ağdamda komendant idi, ona da silahlar göndərilirdi. Məni də Moskvaya ezam etdi ki, 366-cı alayın Qarabağdan çıxarılması üçün Yeltsinlə danışıqlar aparım. Fevralın 23-də Moskvaya getdim. Fevralın 25-də səhər Yeltsinlə görüşdüm. Oturduq geniş söhbət etdik. Şapşinkovu çağırdı, dedi mən Azərbaycanın təlaşlarını başa düşürəm. Tapşırdı ki, alayın tərk-silah olunma planı hazırlanıb, ona təqdim edilsin. Və baş komandan kimi təsdiq edəcəyini dedi. Biz getdik Müdafiə Nazirliyinə, orada Qromov və Qraçov idi. Müzakirə etdik, planı hazırlayıb saat 4-də Yeltsinin yanına gəldik. Yeltsin iş qabiliyyətində deyildi.
«MƏN AĞLADIM, SÖYDÜM, QIŞQIRDIM»
- Necə yəni? İçkili idi?
- Bəli, əvvəl təəccüb elədi, durub məni qucaqladı. Dedi ki, bəs xeyir ola gəlmisiz? Dedik axı səhər yanınıza gəlmişdik. Köməkçisindən soruşdu ki, bunlar gəlmişdi? O da təsdiqlədi. Yeltsin bizdən soruşdu ki, nə məsələdir? Dedik biz indi nə müzakirə edəcəyik?! Fevralın 26-i səhər saat 9-a görüş təyin etdilər. Gecə saat 2-də Şapşinkov mənə zəng edib dedi ki, 366-cı alay Xocalını yerlə-yeksan edilib. Mən ağladım, söydüm, qışqırdım.
- AXC-nin günahı nə idi?
- Qarabağdakı özünümüdafiə batalyonları AXC-nin tabeliyində idi. Orada da bir neçə qanadlar vardır ki, bir-birinə qarşı çıxış edirdilər. Onlar silah, pul ola-ola Xocalının köməyinə getmədilər. Mən demirəm ki, onlar bunu törətmişdilər. Amma onlar heç Xocalıya yardıma getməyə cəhd də etməmişdilər. Əlbəttə ki, bu cinayəti ermənilər, 366-cı alay edib. Amma hər bir cinayətdə aktiv və passiv iştirakçılar var. O zaman AXC-nin əsas motivi o idi ki, Qarabağda vəziyyət nə qədər pis olsa, biz o qədər hakimiyyətə yaxınlaşırıq. Şapşinkovla razılığa gəlmişdik ki, yanvarın 1-dən 4-cü ordu Azərbaycanın tabeçiliyə keçməli idi. Dördüncü ordunun komandanı da, zabitləri də and içib Azərbaycan geyimində, Azərbaycan komandası olmağa razılıq vermişdilər. Xalq Cəbhəsi sabotaj etdi, bizim imzaladığımız müqavilə qüvvəyə minmədi. Etibar Məmmədovun sözü hələ də qulağımdadı:
«Azərbaycan naminə ancaq azərbaycanlılar ölməlidir. Yeddi milyon azərbaycanlı Azərbaycan üçün çoxdur. Dörd milyon qırılar, üç milyon sağ qalar». Dedim Etibar bəy, siz dörd milyon arasında olacaqsız, ya üç milyon? Dedi üç milyon arasında. Soruşdum niyə? Dedi kimsə bu xalqı idarə etməlidir.
Ermənistanda olan yeddinci ordu köməkçi ordu idi, Azərbaycanda olan dördüncü ordu zərbə ordusu idi. Əgər 3-cü Dünya müharibəsi başlasaydı, Azərbaycanda olan dördüncü ordunun heyəti əsasında daha 6 ordu yaranmalı idi. Yeddinci ordu müharibə ilə dördüncü ordunun üstünə gedə biləcəkdir?! Yaxud 366-cı alay 4-cü ordunun üstünə gedə biləcəkdir?! Bu suala cavab verə bilərsinizmi?! Niyə cavab vermirsiniz?!
- Bəs hazırda Ayaz Mütəllibovdan hansısa məsləhətləşmədə istifadə edirsinizmi?
- Biz ondan heç nədə istifadə etmirik. Çünki özü deyib ki, partiyadan da, siyasətdən də gedir. Ona görə biz onu heç cür narahat etmirik. Amma telefonla zəngləşirik, danışırıq. Danışanda da siyasətdən danışmırıq.
- Köhnə bakılılardansınız. Uşaqlıqda deyəsən nadinc olmusuz…
- Mən İçərişəhərdə anadan olmuşam. Atam isə təbrizlidir. Anamın atası milyonçu olub. Özüm dəcəl olmuşam. Mən həmişə zarafatla deyirdim ki, Zərdüştü ailə böyüdüb, məni isə küçə. Mən heç vaxt düşünməzdim ki, səfeh insanlar sonra deyəcək ki, Araz «xuliqandı», küçədə böyüdüyünü etiraf edib.
- O milyonlardan sizə qalıbmı?
- Yox. Çünki mən Əlizadəyəm, Zeynalov yox. Heç Zeynalovlara da çatmadı. Çünki hakimiyyət dəyişəndə tankerləri, mədənləri təhvil vermişdi. Özünə isə «Azneft»də iş vermişdilər. Müharibə başlayanda ailəni Şimali Qazaxıstana sürgün etdilər. Əslində onu yox, əmisi oğlunu sürgün etməli idilər. Sadəcə, inhisarı eyni olduğu üçün səhvən bunu sürgün etmişdilər. Sürgündən qayıdandan sonra indiki Prezident Aparatının yuxarısında zirzəmidə bir ev vermişdilər. Yəni milyonlarından heç nə qalmamışdı.
- Köhnə Bakı üçün darıxırsınız?
- Çox darıxıram. Bir dəfə mühacirətdən sonra soruşdular ki, Bakını necə gördünüz? Dedim ki, İçərişəhər Azərbaycanın bakirə gəlini idi. Gəlib gördüm ki, onu eninə-boluna zorlayıblar. Deyir bərpa edirlər. Sovet dövründə bərpa edəndə köhnələri təmir edirdilər. İndi söküb yerində təzə bina tikirlər, deyirlər bərpa etdik.
- «Sovetski» hadisələrinə münasibətiniz necədir?
- 2010-cu ildə parlament seçkiləri zamanı plakatlar və başqa vasitələr üçün imkanım yox idi. Qapı-qapı metodunu seçdim. 3176 qapıya getdim. Onda dəhşətə gəldim ki, 21-ci əsrdə insanlar belə şəraitdə yaşayırlar. Evə girəndə görürdün ki, çarpayı suyun içindədir. Əlbəttə ki, oralar sökülməli idi. Amma hər torpağın öz qiyməti var.
«ƏN BÖYÜK TƏHLÜKƏ VƏHHABİLİKDİR. DÖVLƏT BUNUN KÖKÜNÜ KƏSMƏLİDİR»
- Bələdiyyə seçkilərində neçə namizədlə iştirak edəcəksiniz?
- Biz kiçik partiyayıq. Mütəllibov partiyaya qayıdanda üzvlərin sayı artıb 30 min oldu. Mən deyirdim ki, onlar kabab iyinə gəlmişdi. 2005-ci ildə ki, Mütəllibovun deputat olmaması, yavaş-yavaş dağılışmağa başladılar. İndi 1500 üzvümüz var.
- İslama münasibətiniz necədir?
- Mən dindar deyiləm. Dini Azərbaycan xalqının ənənəsi kimi qəbul edirəm. Mənim dindarlara dərin hörmətim var. Əsl dindar olmaq çox böyük məsuliyyətdir. Özümü müsəlman hesab edirəm.
- Azərbaycan üçün dini təhlükə hesab edirsiniz?
- Azərbaycan üçün ən böyük təhlükə vəhhabilikdir. Dövlət bunun kökünü kəsməlidir. Dünyada bu gün ən böyük şeytan ABŞ, İsrail deyil, Səudiyyə Ərəbistandır. ABŞ İslam ölkələrini Səudiyyə Ərəbistanının pulu ilə dağıdır. Azərbaycanda vəhhabilik pul hesabına genişlənir. Konstitusiyada səmavi dinlərdən başqa digər təriqətlərin missionerlərinin fəaliyyəti qadağan olunmalıdır. Vəhhabilik Azərbaycanın başına çox böyük bəlalar gətirəcək. Mənim bir qonşum var, gedirdi qul bazarına, 5-10 manat qazanırdı. İndi saqqal buraxıb, üzünü qırxıb bütün günü evdə yatır. Gedir vəhhabi məscidinə, pul alıb gəlir. Cəmiyyətdə kütləvilik yaradır, lazım gəldikdə küçəyə çıxıb insanları qıracaq.
- 2015-ci il parlament seçkilərində namizəd olacaqsınız?
- Bəli.
- Ukrayna hadisələrinin sonunu necə görürsünüz?
- Baxın Maydanın qələbəsindən sonra Ukraynanın müdafiə naziri erməni olub. Timoşenko da ermənidir. Qərb bunu istəyir. Timoşenko dedi ki, prezidentliyə namizəd olmayacaq. Çünki bilir ki, indi kim hakimiyyətə gəlsə, çox qalmayacaq. O, növbəti seçkiləri gözləyir. Misirdə də dindarlar hakimiyyəti müvəqqəti ələ aldı. Ordu ona görə müstəqillik əldə etməmişdir ki, hakimiyyəti mollalara versin.