vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ELM-TƏHSİL, DİN  
18:24 | 28 fevral 2014 | Cümə Məqaləyə 42155 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fərqlənmə diplomunun şərtləri

Hansı tələbələr bu ada layiq bilinəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Təhsil Nazirliyi ali məktəbi bitirən məzunlara fərqlənmə diplomunun verilməsi üçün tələb olunan əsas şərti açıqlayıb.

Təhsil Nazirliyinin rəsmi «facebook» səhifəsində izləyicilərin sualları cavablandırılarkən bildirilib ki, ali təhsil müəssisəsi məzunlarının bütün fənlər üzrə qiymətlərinin 75 faizindən çoxu «əla», digərləri isə «yaxşı» olduğu halda onlara fərqlənmə diplomu verilir.

Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»na uyğun olaraq, konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə təhsil alanların biliyi aşağıdakı kimi qiymətləndirilir: tələbə 51 baldan aşağı topladıqda «qeyri-kafi» - F, 51-60 bal topladıqda «qənaətbəxş» - E, 61-70 bal topladıqda «kafi» - D, 71-80 bal topladıqda «yaxşı» - C, 81-90 bal topladıqda «çox yaxşı» - B, 91-100 bal topladıqda «əla» - A alır.

Bu qərar respublikanın bütün ali təhsil müəssisələrinə şamil edilir.