Metronun salamat «tağı» qalmayıbmış
Yeni rəis tikilən və təmir olunan stansiyalarda külli miqdarda yeyinti halları aşkarlayıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bakıda 9 yeni stansiya ...
Bənövşəyi xətt Xocahəsəndən Qaraçuxuradək uzanacaq
-
“Döysəm də düz eləmişəm...”
“Sələmçi Tağı” cəmi bir ay faiz alandan sonra pulların batdığını öyrənib
-
Tağı Əhmədov adam döyüb?
“Bakı Metropoliten”in keçmiş rəisi YAP-ın binasını lombarda döndəribmiş...
-
Tağı Əhmədov əlil arabasında
Bakı metropoliteninin sabiq rəisinin ayaqları tutuldu
-
30 yeni vaqon alınacaq
Hər ay bir qatar dəyişəcək
-
Yeniliklər dövrün tələbinə çevrilib
Bakı metropoliteninə əvvəlkilərdən 2-3 dəfə güclü 7 yeni ventilyator gətirilir
-
Növbəti stansiya qəbiristanlıq?!
.. Yaxud yeraltında bizi hansı təhlükə gözləyir?
-
Metroda qadağa
Maşinist kabinəsində siqaret çəkmək yasaqlandı
-
... «Xətai» stansiyası təmirə bağlanacaq
«Sahil» açılandan sonra ...
-
«İşçilərinin sayını azaltmağa məcburuq»
«Bakı Metropoliteni»ndə ixtisarlar gözlənilir
-
Güclü siyasətçilərin zəif iradəsi
Tüstü burulğanında yaranan siyasət
-
Azərbaycanda tütünlə bağlı ilk rəsmi tələb
Siqaret və sulu qəlyan qadağası ilə bağlı qanun qəbul olundu
-
«Sahil» stansiyası sökülür?
Nəsimi Paşayev: «İddialar əsassızdır»
-
Metroda elanları kim səsləndirir?
«Elə bil qaynanadır, nə qədər öyüd-nəsihət verir, bunu alanın günü qaradır»
-
«Qatarlar ləngiyib»
Səhər saatlarında metroda böyük sıxlıq yaranıb, səbəb açıqlandı
-
Problem
Mənəvi-əxlaqi dəyərlərimizin qorunması
Bakı metrolarındakı ticarət obyektləri yığışdırılacaq. Bu barədə Avropa.info-ya «Bakmetropoliten»dəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, artıq yeni rəhbərlik Bakı metropoliteni ilə bağlı müəyyən planlarını açıqlayıb. Bu yeni planlar içərisində metrodakı ticarət obyektlərinin yığışdırılması və bir çoxunda isə bunun minimuma endirilməsi daxildir. Yeni rəhbərlik metroda fəaliyyət göstərən ticarət obyektlərinin sərnişinlərin hərəkətinə ciddi mane yaratdığını, antisanitariya hallarının olması, kriminal hadisələrin baş verdiyini səbəb olaraq göstərir. Bununla bağlı yaxın vaxtlarda xüsusi qərarın olacağı bildirilir. Bu qərara əsasən metrolarda ticarətin tənzimlənmə qaydaları öz əksini tapacaq və metrolarda çoxsaylı dükanların açılmasına imkan verilməyəcək.
Mənbə onu da bildirib ki, metrolarda ticarət obyektlərinin yığışdırılmasına ilk olaraq «Koroğlu» stansiyasından başlanacaq. Burada da əsas səbəb kimi 2015-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan Birinci Avropa Oyunlarının həmən əraziyə yaxın yerdə keçirilməsi səbəb göstəriləcək. Mənbə əlavə edib ki, əslində yeni rəhbərlik bu addımı keçmiş rəis Tağı Əhmədovun metrodakı ticarət obyektlərini ələ keçirmək məqsədi ilə atacaq.
Əvvəllər həmən obyektlərdən gələn gəlirlər və orada yeni obyektlərin açılması və yaxud mövcudlarının yeniləşdirilməsini ancaq Tağı Əhmədova məxsus şirkətlər həyata keçirirdi.
Əldə etdiyimiz digər məlumata görə isə, Tağı Əhmədovun dönəmində metropolitendə baş vermiş maxinasiyalarla bağlı yaxın günlərdə ciddi araşdırmalara da başlanacaq. Bu yoxlamalar Tağı Əhmədovun rəhbərliyi zamanında motropolitendəki yeyinti hallarının ortaya çıxarılması niyyəti daşıyır. Verilən məlumata görə, yeni metrostansiyaların tikintisi və köhnələrinin təmiri zamanı külli miqdarda yeyinti hallarının olduğu aşkarlanıb. Bu yeyinti faktları ilə bağlı hətta ölkə rəhbərliyinə də məruzə edilib.