

Azərbaycanda banklar avronu dollardan ucuza dəyişir
Son 1 ildə avro 18 faiz dəyər itirib
Dollar son iki onillikdə başqa valyutalarla müqayisədə özünün ən yüksək qiymət həddinə çatıb
Halbuki xarici, xüsusən ABŞ valyutasına tələbi yüksək olan ölkələrdir
Qoca qitənin valyutası son bir ildə 19 faiz ucuzlaşıb
Doha danışıqlarından sonra ...
Apreldə 12 aylıq qiymət artımı səviyyəsi 6.3 faizədək qalxıb
Gəlirlər artıb, xərclərsə əksinə ...
Vejnəli yatağında 7.5 ton qızıl, 19 ton gümüş, 12 ton mis olduğu tısdiqlənib
Dollar-avro qiyməti də bərabələşməyə gedir
Rus pulunun möhkəmlənməsinin beş mühüm səbəbi...
İnvestorların valyuta bazarlarına sərmayələri artır
Rusiyalı oliqarxlar “qara pullarını” harada gizlədir?
Rusiya şirkətlərinin səhmlərində ciddi ucuzlaşma var
Qızıl 18 gündə 100 dollar bahalaşıb
FED uçot dərəcəsi aşağı saldı, Tramp narazı qaldı
Dünən açıqlanan ABŞ-ın inflyasiya məlumatlarından sonra, bazarlar ABŞ Mərkəzi Bankının (FED) 2022-ci ildə 7 dəfə faiz artıracağını gözləyir.
Qızılın qiyməti ABŞ-da inflyasiyanın gözlənildiyindən daha yüksək olması ilə əlaqədar olaraq aşağı düşüb və bu, FED-in daha aqressiv faiz artırmağa qərarı verəcəyi ilə bağlı narahatlıqları artırıb.
ABŞ-da istehlak qiymətləri indeksi (inflyaiya göstəricisi) yanvar ayında illik müqayisədə 7,5 faiz artıb. “Bloomberg” sorğusuna qatılan iqtisadçıların gözləntiləri illik inflyasiyanın 7,3 faiz olacağı idi. Əsas inflyasiyanın göstəricisi olan ərzaq və enerji məhsulları istisna olmaqla istehlak qiymətləri indeksi aylıq və illik müqayisədə gözləntilərin üstündə artıb.
FED-in St. Louis şöbəsinin sədri Ceyms Bullard ölkədə son 40 ilin ən yüksək inflyasiya səviyyəsinə cavab olaraq FED-in 1 iyul 2022-ci ilə qədər faiz dərəcələrini 1 baza bəndi artırmalı olduğunu açıqlayıb. Hazırda FED-in faizi 0 -0.25 faiz aralığındadır.
Mart ayı toplantısında 0,50 bəndlik faiz artımı ilə başlamağa dair qərarsız olduğunu deyən Bullard, müzakirəyə rəhbərlik etmək üçün qərarı FED sədri Cerom Pauelə həvalə edəcəyini bildirib.
“Swap” bazarlarında mart ayında 0,25 bəndlik artım 100 faiz ehtimalla, 0,50 bəndlik artım isə 97 faiz ehtimalla qiymətləndirilir.
Bundan əlavə, bazarlar FED-in bu il faiz dərəcələrini 7 dəfə artıracağı ilə bağlı qiymətləndirməyə başlayıb. Fevralın əvvəlində 2022-ci ildə faizin 5 dəfə artırılacağına qiymət verilmişdi.
Həftəyə 1809 dollar ətrafında başlayan qızılın unsiyası 1840 dollara qalxaraq son iki həftənin ən yüksək səviyyəsinə çatmışdı. İnflyasiya məlumatlarının açıqlanması ilə ucuzlaşan qiymətli metal həftəni 1824 dollar səviyyəsində bağlamağa doğru irəliləyir.