vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BANK, BİRJA, SIĞORTA  
16:04 | 3 mart 2014 | Bazar ertəsi Məqaləyə 1851 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rubl ən minimuma enib

Rus pulunun ölməsi Azərbaycana təsir edə bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Martın 3-ü Moskva birjasında dollar 86 qəpik bahalaşaraq 36,75 rubl olub. Bu göstərici tarixdə maksimumdur. 1,24 qəpik bahalaşan avro isə hazırda 50,82 rubldur.

Mərkəzi Bankın istirahət günlərinə təyin etdiyi rəsmi məzənnələr dollara görə 36,18 rubl, avroya görə isə 49,58 rubl təşkil edir. Dollar məzənnəsinin tarixi maksimumu 2009-cu ilin 6 martında müşahidə olunmuşdu. Həmin gün Amerika valyutası Moskva birjasında 36,7295 rubl bahalaşmışdı.

Rusiyanın məşhur RTS birjası bu gün 10 faiz enmə ilə müşahidə olunub. Bu ölkədə valyutanın ucuzlaşması Azərbaycan necə təsir göstərə bilər?

İqtisadçı ekspert Kənan Aslanlı «Media forum» saytına deyib ki, rublun ucuzlaşması digər valyutalara qarşı da ucuzlaşmasına gətirib çıxaracaqsa, bu, Rusiyanın ixracını bir qədər stimullaşdıracaq: «Azərbaycanla Rusiya arasında olan əməliyyatların heç də hamısı rubl üzərindən baş vermir. İstənilən halda Rusiya əsas ticarət tərəfdaşımız olduğu üçün təsirləri olacaq. O cümlədən bu ölkəyə ixrac marağı azalacaq.

Rublun ucuzlaşması davamlı olarsa, Rusiyadan Azərbaycana göndərilən pullarda da  azalma qaçılmazdır. İnsanlar rus rublu ilə qazanıb, dollara çevirib göndərirlər. O baxımdan göndərilən pulların həcmində azalma baş verə bilər».

Ukrayna böhranının neftin qiymətinə təsirinə gəlincə, Kənan Aslanlı deyib ki, hələlik qiymətlər artır: «Rusiyanın neft ixracında sanksiyalar nəticəsində hər hansı azalma baş versə, bu, neftin qiymətinin bir müddət yüksək həddə qalmasına səbəb olacaq.

ABŞ neftin qiymətinə təsir göstərmək istəsə, müttəfiqi olan Səudiyyə Ərəbistanı ilə razılaşmalıdır. Səudiyyə Ərəbistanı ilə Rusiyanın Suriya məsələsinə görə münasibətlərinin soyuqlaşmasını nəzərə alsaq, bu realdır. Həmçinin rəsmi Vaşinqton neft istehsalçılarını birləşdirən OPEK təşkilatı ilə razılığa gəlməlidir. ABŞ strateji neft ehtiyatlarından daha çox satıb, süni təklif bolluğu yaratmaqla neftin qiymətini aşağı sala bilər.

ABŞ-ın neftə yönələn kapitalını azaltmaqla da qiymətə təsir göstərməsi mümkündür. Bu yollarla neftin qiyməti 80 dollara enər».

Azərbaycanın dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 100 dollardan hesablanıb. Ötən həftə dünya bazarında Azərbaycan neftinin orta qiyməti 112,9 dollar olub.