vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SAĞLAMLIQ  
16:00 | 14 fevral 2022 | Bazar ertəsi Məqaləyə 1256 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Daha ölümcül ola bilər”

Alimlər koronavirusun növbəti təhlükəli ştammı barədə xəbərdarlıq ediblər

MÖVZU İLƏ ƏLAQƏLİ

Britaniya alimləri hesab edirlər ki, koronavirusun növbəti ştammı əvvəlki versiyalardan daha təhlükəli ola bilər. Bu barədə “The Guardian” yazır.

Edinburq Universitetinin epidemioloq professoru Mark Vulhaus bildirib ki, “omikron” ştammı COVİD-19-un fərqli geneloji qoludur və “delta” ilə birbaşa bağlı deyil. Bu vəziyyətlə əlaqədar olaraq, yeni ştammın haradan gələcəyi və sonda hansı xüsusiyyətlərə sahib olacağı da tam aydın deyil.

“Bu, daha çox və ya daha az patogen ola bilər. “Omikron”dan sonra daha çox ştamm olacaq və onlar daha yoluxucu olsalar, üstünlük təşkil edəcəklər. Onlar daha ölümcül ola və ya daha ciddi mənfi təsir göstərə bilər”, - mütəxəssis vurğulayıb.

Qeyd edək ki, dünyada koronavirusa yoluxma hallarının sayı 402 milyonu, ölənlərin sayı isə 5 milyonu keçib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda yoluxma sayı 402 milyondan çoxdur. Dünyada COVİD-19-a ən çox yoluxma halları ABŞ (76 milyondan çox), Hindistan (42 milyondan çox) və Braziliyada (26 milyondan çox) qeydə alınıb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVİD-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (Report.az)