vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
DÜNYA  
10:16 | 6 aprel 2022 | Çərşənbə Məqaləyə 770 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kiyevin Pekindən gözləntisi

Çin ehtiyatlıdır: nə pisləyir, nə də haqq qazandırır

Elxan ŞAHİNOĞLU

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Vang Yi ilə telefon danışığında Rusiyanın Ukrayna torpaqlarını işğalı və Buça qətliamı barədə müfəssəl məlumat verib. Vang Yi Buçada ölənlərlə bağlı Kulebaya başsağlığı verib. Vang Yi Kulebaya bildirib ki, müharibənin davamı beynəlxalq ticarətə və qida təhlükəsizliyinə zərbə vurur. Müharibəyə qədər Çinin Ukraynadan qida məhsullarının idxalıyla bağlı böyük planları var idi. Hazırda bunları reallaşdırmaq mümkün deyil.

Nazirlərin telefon danışığıyla bağlı Çin Xarici İşlər Nazirliyi də açıqlama yayımlayıb. Aşıqlamada Çinin müharibənin dayandırılmasına və bunun Avropa təhlükəsizliyi üçün vacib olduğunu vurğulanıb: “Müharibə bütün hallarda bitəcək. Əsas məsələ bundan sonra bölgədə təhlükəsizliyin təminatıdır. Pekin Moskva ilə Kiyev arasında dialoqun davamını dəstəkləyir. Çinin müharibənin dayandırılmasıyla bağlı hansısa maraqları güdmür”.

Beləliklə, Moskvanın strateji tərəfdaşı olan Pekin Ukraynada müharibənin uzanmasından narahatlığını bir daha ortaya qoyub. Ukrayna və Çin xarici işlər nazirləri müharibə başlayandan bəri ikinci dəfədir ki, telefonla danışırlar. Kiyevin Pekindən iki gözləntisi var. Birincisi, Kiyev istəyir ki, Pekin Rusiyanın işğalçı müharibəsindən məsafə saxlasın, bunu dəstəkləməsin. İkincisi, Pekin müharibənin dayandırılması üçün Kremlə təsir etsin. 

Pekin ehtiyatlıdır. Çin nə Kremlin işğalçı müharibəsini pisləyir, nə də müharibəyə haqq qazandırır. Pekin üçün Rusiya-Ukrayna müharibəsində qızıl ortanı tapmaq çətindir. Çünki bir tərəfdə işğalçı, digər tərəfdə işğala məruz qalan dövlət dayanıb. Bu ikisi arasında bərabərlik işarəsi qoymaq problematikdir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)