

ABŞ kəşfiyyatının hesabatları Rusiyanın geri çəkilməyəcəyini göstərir
Rusiyaya qarşı sanksiyaların daha da gücləndiriləcəyi barədə məlumatlar var
İstənilən halda, Rusiya bu məsələdə uduşsuzdur.
AB Rusiya sanksiyaları üçün Macarıstanı razı sala bilərmi?
Yaxud ABŞ prezidentinin 50-55 günlük hakimiyyətində yol verdiyi səhvlər
İndi də top ABŞ meydançasındadır
Rusiya ABŞ-a siyahı göndərdi
Avropa-ABŞ qarşıdurması Türkiyəyə xeyir verə bilər
3-cü dünya müharibəsi və yeni bir epidemiya təhlükəsi
Avropa Parlamentindən Ukrayna ilə bağlı son dəqiqə qərar
“Putinin hazırkı vəziyyətdə çətin ki, buna razılaşsın”
Tramp Putinlə Zelenski kimi davrana biləcəkmi?
İlon Maskın “xain” adlandırdığı ABŞ senatorundan sillə kimi cavab
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Rusiyanın işğalçı müharibəsində həlak olan rus əsgərlərinin analarına “ətçəkən maşın” hədiyyə edilib
Fransa dondurulmuş Rusiyanın aktivləri ilə Ukraynaya maliyyə ayıracaq
Rusiyanın Krımı faktiki olaraq işğal etməsinə qarşı etiraz aksiyaları dünyanı bürüyür. Bu prosesdə ukraynalılara azərbaycanlı siyasi mühacirlər də dəstək verməyi qərara alıblar. Bununla bağlı məlumatı Demokratik Azərbaycan Hərəkatı yayıb.
DAH-dan bildirilir ki, ukraynalı siyasilərlə və ictimai aktivlərlə aparılan müzakirələrin nəticəsi olaraq Avropada yaşayan siyasi mühacirlər Ukraynaya dəstək aksiyalarında davamlı iştiraka qərar veriblər. Bundan əlavə, bu tip aksiyaların təşkilində yaxından iştirak etmək, Krım tatarlarının pozulan hüquqlarının müdafiəsi ilə bağlı lazımi addımların atılmasına yardım etmək qərara alınıb.
Dünən isə bu qərarın nəticəsi olaraq Demokratik Azərbaycan Hərəkatının Nederlanddakı fəalları Den Haag şəhərində (Haaqa) Rusiya səfirliyi önündə təşkil edilmiş etiraz aksiyasında iştirak ediblər. Hollanda Krım Tatar Komitəsi tərəfindən təşkil olunmuş aksiyada Nederland Azərbaycan Türk Kültür Mərkəzinin, Nederlanddakı türk icmasının, Hollandiyada yaşayan ukraynalılar və Demokratik Azərbaycan Hərəkatının aktivləri Krımın işğalına, Ukraynanın ərazi bütövlüyünə qəsdə etirazlarını bildiriblər. Aksiyanı giriş sözü ilə açan Niderland Azərbaycan Türk Kültür Mərkəzinin başqanı İlhan Aşkın bu çətin məqamda bütün türk xalqlarının 250 minlik Krım türklərinin yanında olmalı olduğunu dilə gətirib. Qeyd edib ki, Krım həm də türk dünyasının bir hissəsidir. O üzdən onu müdafiə etmək, oradakı tatarların haqqını tələb etmək lazımdır. Sonra DAH üzvü, Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqının sədri Eldəniz Yusibov çıxış edərək Azərbaycanın torpaqlarının işğalını xatırladıb. 1940-50-ci illərdə Krım tatarları kimi azərbaycanlılarında Rusiya tərəfindən sürgünlərə göndərildiyini qeyd edib. Bildirib ki, azərbaycanlılar bu ağrıları yaşayan bir toplum kimi daim Ukrayna xalqının və Krım tatarlarının yanında olacaqdır. 1 saatdan çox davam edən aksiyanın sonunda iştirakçılar adından etiraz bəyanatı Rusiya səfirliyinin yüksək səviyyəli nümayəndəsinə təqdim edilmişdir.
Aksiyadan sonra DAH üzvləri Fikrət Hüseynli, Samit Məmmədli, Əsəd Qasımov və İsa Yusifli Avromaydan etirazçıları adından aksiyaya qatılmış şəxslərlə görüşərək onlara Ukrayna xalqına bir daha dəstəklərini ifadə etmişlər.