vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TÜRK DÜNYASI  
11:51 | 24 may 2013 | Cümə Məqaləyə 1848 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türk Dünyası yazarları Qırğızıstana toplaşacaq

Bişkəkdə Çingiz Aytmatovun xatirəsinə Şeir Şöləni düzənlənəcək

Publika.Az

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 28-dən iynunun 2-dək Qırğız Respublikasında Türkçənin Uluslararası Şer Şöləni keçiriləcək. Sayca onuncu dəfə keçirilən şölən, Türkiyə prezidenti Abdullah Gülün dəstəyi ilə paytaxt Bişkəkdə baş tutacaq. Türkiyə Yazarlar Birliyinin təşkilatçılığı ilə keçiriləcək Şer Şölənində Türk Dünyasından olan şairlər, ədəbiyyatşünaslar iştirak edəcək.

Azərbaycanı şöləndə şair-publisistlər Mahir Qarayev, Əkbər Qoşalı və Elşən Əzimtəmsil edəcək.
Şöləndə fərqlənən şairlərə “Manas Böyük Ödülü”, “Yusuf Has Hacib Böyük Ödülü”, Namiq Kamal Böyük Ödülü” olmaqla üç ödül nəzərdə tutulub.
Açılışı Bişkək Filarmoniya Konsert Salonunda 29 mayda baş tutacaq Şöləndə, TYB Başqanı İbrahim Ulvi Yavuz, Türkçənin Uluslararası Şeir Şöləni Daimi Heyət başqanı D. Mehmet Doğan, Qırığız Yazıçılar Birliyi başqanı Omar Sultanov, Qırğız Mədəniyyət naziriSultan Raev, habelə iştirakçı ölkə şairlərinin salamlama çıxışları olacaq.
Şöləndə Qırğız Məclis başqanı Asilbek Jeenbekov və Qırğız prezidenti Almazbek Atambayev iştirak və çıxış edəcəklər.
Açılış günü Bişkək Milli Orkestrinin Konsertinə tamaşa edəcək Şölən iştirakçıları, ardından “Yusuf Has Hacib Şeir Fəsli”nə yığışacaqlar.
Mayın 30-da “Manas Şeir Fəsli”, “Namiq Kamal Şeir Fəsli”, “Yunus Əmrə Şeir Fəsli”nı yığışacaq ədəbiyyatçıların həmin gün Bruna- Atabeyt Gəzisi də gerçəkləşdiriləcək.
Sonra “Atolye çalışması”, “Dastanlar ve Şeir Gecəsi” təşkil olunacaq.
31 mayda İssıkgölə hərəkət edəcək Şölən iştirakçıları, gəzi sonrası “Sezai Qaraqoç Şeir Fəsli”, “Halimə Xudayberdiyeva Şeir Fəsli”nə yığışacaq, yenə “Atolye çalışması”nda bulunacaq, habelə “Şeir və Siyasət”, “Fonetik bucağından Şeir” mövzusunda müzakirələr aparacaqlar.
Axşam Bişkəkə dönən Ədəbiyyatçılar, Qırğız paytaxtında Qapanış Toplantısına qatılacaqlar.
İyunun ilk gününü “Sərbəst zaman”a ayıran təşkilatçılar qonaqların öz aralarında və Qırğız yazarları ilə sərbəst təmas qurmaları üçün ayarlayıb.
Qonaqlar Bişkəkdən iyunun 2-də ayrılacaqlar.