vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
15:57 | 13 iyun 2022 | Bazar ertəsi Məqaləyə 850 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya Zəngəzuru ələ keçirtməyə can atır...

Kreml dəhlizə təkbaşına nəzarət etmək istəyir

Elçin XALİDBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Kreml həmin marşrutdan istifadə edəcək ölkələrin – Azərbaycanın, Türkiyənin, eləcə də Avropa və Asiya dövlətlərinin yükdaşımalarını nəzarətdə saxlamaq niyyətinə düşüb...

*** 

Kremlin Rusiyanın for-postu olan Ermənistana təzyiqlərlə sülh prosesinə pozucu müdaxilə imkanları hələlik qalır. Hazırda baş verənlər də məhz Kremlin kobud və pozucu müdaxilə cəhdinin təzahürüdür. Belə anlaşılır ki, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı tamamilə fərqli və ziyanlı maraqları var.

Məsələ ondadır ki, Rusiya Zəngəzur dəhlizinin açılmasında birbaşa maraqlıdır. Ancaq Kreml bu marşrutun yalnız Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən nəqliyyat-kommunikasiya xətti kimi fəaliyyət göstərməsini istəyir. Yəni, Rusiya bu marşrutun dəhliz statusu qazanmasına müqavimət göstərmək niyyətinə düşüb. Və Zəngəzur dəhlizi ilə bağlı Brüssel anlaşmalarını pozmağa cəhd göstərir.

Kremlin əsas məqsədi ondan ibarətdir ki, bu nəqliyyat-kommunikasiya xətti ilə həm Rusiyaya yeni “iqtisadi-ticari pəncərə” qazandırsın, həm də ona tam şəkildə nəzarət edə bilsin. Çünki, əgər, Zəngəzur dəhlizi sadəcə, nəqliyyat-kommunikasiya xətti kimi fəaliyyət göstərərsə, yəni, Ermənistanın nəzarəti altında olarsa, bu marşrut tamamilə Rusiyanın əlində olacaq. Ermənistanın bütün sərhədlərinə tam nəzarət edən Rusiya qoşunları bu marşrutu da nəzarət altına ala biləcək.

Nəticədə bu variant Kremlə həmin marşrutdan istifadə edən ölkələrin – Azərbaycanın, Türkiyənin, eləcə də Avropa və Asiya ölkələrinin yükdaşımalarını nəzarətdə saxlamaq imkanı verəcək. Yəni, Rusiya Zəngəzur dəhlizindən həm istifadə etmək, həm də onu öz kontrolunda saxlamaq istəyir. Və bunun analoji bir qarşılığının ola biləcəyi də qətiyyən şübhə doğurmur.

Ancaq Rusiyanın bu "ikibaşlı oyunlar"ından indiki halda ən çox ermənilər zərbə ala bilərlər. Çünki, həm Rusiya, həm də Ermənistan siyasi dairələri tam dəqiqliyi ilə bilirlər ki, rəsmi Bakının istənilən situasiya üçün öz ehtiyat variantı mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə münasibət bildirərkən vurğulamışdı ki, Zəngəzur və Laçın dəhlizləri eyni prinsiplər üzrə fəaliyyət göstərməlidir.

Yəni, rəsmi Bakı Zəngəzur dəhlizinin olmayacağı təqdirdə, Laçın dəhlizinin də olmayacağının birmənalı mesajını artıq verib. Əgər, Zəngəzur dəhlizi Ermənistanın (əslində isə Rusiyanın) nəzarətində açılacaqsa, Laçın dəhlizi də dərhal öz statusunu itirəcək. Rəsmi Bakı həmin marşrut üzərində Azərbaycanın nəzarət-buraxılış və gömrük məntəqələrini yerləşdirəcək.

Göründüyü kimi, Laçın dəhlizi indiki statusda fəaliyyətini bitirmək üzrədir. Üstəlik, bu, baş verərsə, səbəbkarı da məhz Rusiya olacaq. Çünki məhz Rusiyanın mövqeyi və davranışları rəsmi Bakını Laçın dəhlizinə nəzarəti öz əlinə almaq məcburiyyətində qoya bilər. Və bu baxımdan, dolayısı ilə hesab etmək olar ki, Kreml Rusiyanın maraqlarını naminə Laçın dəhlizinin qapadılmasına cəhd göstərir.