«Çərçivədən kənar heç bir addımı tanımırıq»
Təhsil naziri tələbələrin narazılıqlarına münasibət bildirib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hansı halda rüsum və ƏDV-dən azad edilir?
7 illik vergi güzəştləri mövcuddur, amma ...
-
Daşımalarda dinamika ...
Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 11,3 faiz artaraq, ...
-
ÜDM-də tarixi rekord
Amma idxal qiymətlərində də ciddi artım var
-
“Bizə qələbə yaraşır!”
Nazir “Qarabağ”ın mərhələ keçməsini sosial şəbəkə səhifəsində təbrik etdi
-
Xəzər düyünü açılacaqmı?
4 ölkə dil tapsa da, İran dirəniş göstərir
-
Nazirdən inanılmaz statistika
2022-nin ilk rübündə ötən ilə nisbətdə 50 faiz artım var
-
Qeyri-neft sektorunda tarixi göstərici
İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədə bu barədə iki tvit atıb
-
“İqtisadiyyatımız “kölgə”dən “ağ”a meyllənir”
Mikayıl Cabbarov: “Çatışmazlıqlar və hədəflər var”
-
Spiker nazirə şikayətləndi
“Gərək hər dəfə kartdan pul çıxaraq?”
-
2 nazirlik birlikdə nəyi müzakirə edib?
“Sənəd tezliklə qəbul olunacaq”
-
“Bulanıq suda balıq tutmaq zamanı bitib”
Topdansatıcılar, marketlər və klinikaların gizlətdiyi dodaq uçuqladan vergi məbləği - 1.3 milyard
-
“Nə vaxtsa qarşılaşacağıq”
Mikayıl Cabbarov vergidən yayınan biznesmenlərə mesaj verdi: “Çünki qanun var”
-
“Biz müxtəlif dinlər və xalqların nümayəndələri üçün bir ev olmuşuq”
Nazir: “Azərbaycan qeyri-xammal sektorunun inkişafında İsrailin təcrübəsi ilə maraqlanır”
-
Nazir yeni departament yaratdı
Vergilər Nazirliyi idxalçıların qanunvericiliyə əməl olunmasında və vergi ödənilməsində yanlışlıq istəmir
-
Vergi nazirinin hədəfləri
Korrupsiyanı aradan qaldırmaq üçün nələr ediləcək...?
-
Mikayıl Cabbarov köhnələrə etibar etmir?
Vergilər Nazirliyi işçi yığmağa başladı – ingilis dilini bilənlərə üstünlük veriləcək
Təhsil naziri Mikayıl Cabbarov son vaxtlar Nazirlər Kabinetinin qəbul etdiyi «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»ndan sonra yaranan narazılıqlara münasibət bildirib.
Təhsil naziri Mikayıl Cabbarov APA-ya açıqlamasında bildirib ki, ümumilikdə təhsil sistemində tələbələrlə universitetlər arasında münasibət daha sağlam, qarşılıqlı hörmətə əsaslanan olmalı, Azərbaycanın hər bir vətəndaşının hüququ dövlət məmuru, təhsil işçisi, təhsil rəhbəri tərəfindən təmin olunmalıdır.
Bunu birbaşa vəzifə borcu hesab edən M.Cabbarov qeyd edib ki, bu səbəbdən təhsil sistemində fəaliyyət göstərən insanlardan daha məsuliyyətli yanaşma tələb edilir: «Təhsil Nazirliyi olaraq biz tələbələrin hüquqlarının tam təmin olunmasına zəmanət veririk. Tələbələrə gəldikdə, onlar da unutmamalıdırlar ki, Azərbaycan hüquqi dövlətdir. Bu, yalnız və yalnız hüquqi çərçivədə baş verən bir dialoq ola bilər və olmalıdır. Nazir kimi hər zaman bu prizmadan istənilən vətəndaşın, tələbənin qanunla verilmiş hüquq və öhdəlikləri çərçivəsində davranışını qəbul edirəm. Hüquqi çərçivədən kənara çıxan heç bir addımı isə qəti şəkildə tanımırıq. Düşünürük ki, hüquqi çərçivədən kənar addımlar nə təhsil sisteminin, nə də vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edir».
M.Cabbarov qeyd edib ki, təhsilin daimi qarşılıqlı dialoq, müzakirə, qarşılıqlı hörmətə əsaslanan proses olduğunu hər kəs hər zaman nəzərində saxlamalıdır. Onun sözlərinə görə, bu məsələyə dair Təhsil Nazirliyinin siyasəti aydındır: «Son həftə ərzində nazirliyin «Facebook» səhifəsində ali təhsilə aid olan bütün sualları (istisnasız) cavablandırmağımız öz tərəfimizdən bu dialoqa hər zaman hazır olduğumuzu, fəaliyyətimizi təhsil alanların hüquqlarının, təhsil sistemində səmərəliliyin təmin edilməsi üçün bir vəzifə borcumuz kimi gördüyümüzü sübut edir. Bu məqsədlə də işlər həyata keçiririk. O ki qaldı istiqamətə, mən əminəm ki, biz hamımız, təhsil sistemində fəaliyyət göstərənlər öz səylərimizi tərəqqiyə yönəlmiş dəyişikliklərin müzakirəsi və daha çox mənfi hallarla mübarizəyə yönəltməliyik. Bu prizmadan düşünürəm ki, diqqət mərkəzində tamamilə başqa mövzu və məsələlər olmalıdır».