
SEPAH-ın terror təşkilatı damğası qorxusu
Britaniyada İsrail səfirliyinə hücum planı qurumun daxilindəki radikal qrup tərəfindən hazırlanıb
Britaniyada İsrail səfirliyinə hücum planı qurumun daxilindəki radikal qrup tərəfindən hazırlanıb
İsrailin müdafiə naziri İrana hücumla hədələyib
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
20 döyüş təyyarəsi Husilərin hədəflərinə 50 bomba atıb
İsrail hücumdan əvvəl xəbərdarlıq edib
Netanyahu razı olmadı, sonra üçün vaxt seçdi, Amerikalılar sui-qəsddən hiddətləndilər
... Yaxud ermənilərin fantaziyası, rusların populistliyi
Almaniya İsraildən müdafiə sistemi alıb
İsrailin Suriyadakı maraqları iki istinada söykənir
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
Vaşinqton Suriyada dürzilərə qarşı zorakılığı pisləyir
Dürzilər yeni administrasiyaya məzhəbçilik və separatizm təhlükəsi barədə xəbərdarlıq edir
Livandan “HƏMAS”a xəbərdarlıq
Təbii fəlakət Tel-Əvivə milyonlarla dollar ziyan vurub
““Hizbullahı”n hərbi infrastrukturu demək olar ki, məhv edilib”
Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini bilir
“Azərbaycan iqtisadiyyatın qeyri-xammal sektorunun inkişafında İsrailin təcrübəsi ilə maraqlanır.”. Vaxt.az “Trend”ə istinadən bildirir ki, bu sözləri vergilər naziri Mikayıl Cabbarov İsrail Dövlətinin 70 illiyi münasibətilə keçirilən mərasimdə deyib.
Nazir bildirib ki, Azərbaycan və İsrail ikitərəfli əməkdaşlıq çərçivəsində mühüm uğurlar əldə edib: “Biz hərbi sahədə, kənd təsərrüfatı və turizm sahəsində uğurla əməkdaşlıq edirik. Biz eyni zamanda iqtisadi diversifikasiya sahəsində əməkdaşlığın dərinləşməsinə ümid edirik”.M.Cabbarov həmçinin, İsrail dövlətinin yaranmasının 70-ci ildönümü münasibətilə Prezident İlham Əliyevin İsrail xalqına təbriklərini çatdıraraq, İsrail və Azərbaycan xalqlarının dostluğunun tarixi köklərə malik olduğunu deyib:
“Azərbaycan uzun illər multikulturalizm üçün dayaq rolunu oynayıb. Biz müxtəlif dinlər və xalqların nümayəndələri üçün bir ev olmuşuq. Yəhudi xalqı da heç vaxt antisemitizmə yer olmadığı Azərbaycanda özünü rahat hiss edib”.
Nazir eyni zamanda gələcəkdə Azərbaycanla İsrail arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib və bildirib ki, ölkələr arasında hər il artan əmtəə dövriyyəsi bunun sübutudur.
Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.