
Trampın NATO planları tutur
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
İsveç müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağı hədəfləyir
Qərbdə savaş gözləntiləri artdı, əksəriyyət Rusiyanı göstərir
Almaniya İsraildən müdafiə sistemi alıb
İki prezident arasında telefon danışığı olub
Türkiyədə hava limanındakı qiymətlər etiraza səbəb olur
Trampın sammitdə iştirak etmək üçün yalnız bir şərti var
Stalin şalvarında və “sapoq”unda
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
4,2 bal gücündə
Marixuananın tüstüsündən başgicəllənməyə tutulan 25 min insan hallüsinasiya görür
Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini bilir
Böyük buluşma mümkündürmü?
Trafikdə ən çox vaxt itirilən şəhərlərin sıyahısı
Almaniya vətəndaşlarına Türkiyə ilə bağlı xəbərdarlıq edib
Bu həftə keçiriləcək NATO sammitində İsveç və Finlandiyanın alyans üzvlüyünə qəbul olunmasına ehtimal azdır. Bu iki Skandinaviya ölkəsinin NATO üzvlüyünə Türkiyənin mövqeyi mane olur. Bunu Türkiyə rəsmilərinə və Qərb diplomatlarına istinadən “Reuters” agentliyi yazır.
Rusiyanın Ukraynaya təcavüzündən dərhal sonra Finlandiya və İsveç milli təhlükəsizlik mülahizələri ilə NATO üzvlüyü üçün ərizə veriblər.
Lakin Türkiyə sözü gedən ölkələri kürd terrorçularını himayə etməkdə və Türkiyəyə silah embarqosu qoymaqda ittiham edir. NATO Nizamnaməsinə görə hər hansı ölkənin alyansa üzv olması üçün bütün 30 üzv ölkənin razılığı olmalıdır. Alyansın növbəti sammiti iyunun 29-30-da Madriddə keçiriləcək.
Lakin Türkiyə rəsmiləri bildiriblər ki, Ankaranın İsveç və Finlandiyadan legitim tələbləri var və NATO sammiti məsələnin həlli üçün son müddət deyil.
***
“Reuters” agentliyinin mənbələrindən biri bildirib ki, NATO, Türkiyə, İsveç və Finlandiya arasında bu məsələ barəsində yazışma olub.
Yazışmadan belə görünür ki, ən böyük maneə Türkiyənin İsveçdən kürd terrorçularının ekstradisya olunmasını tələb etməsidir.
Bununla belə diplomatlar sammitə qədər “son anda” düyünün açılacağına ümid edirlər.
Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri İbrahim Kalın ötən həftə demişdi ki, Ankara İsveç və Finlandiyadan hüquqi öhdəlik səviyyəsində addımlar gözləyir və bu öhdəliklər götürülmədən Ankara sözü gedən iki ölkənin NATO üzvlüyünə razılıq verməyəcək.
Türkiyə NATO-nun ikinci ən böyük ordusuna malikdir və alyansın əsasını qoymuş ölkələrdən biridir.
Üçtərəfli danışıqlarda iştirak edən Türkiyə rəsmiləri bildirirlər ki, Stokholm və Helsinki Ankaranın gözlədiyi addımları hələ atmayıblar.
***
Ötən bazar günü “Habertürk”ə müsahibəsində Kalın və Türkiyə xarici işlər nazirinin müavini Sedat Onal demişdilər ki, Finlandiya və İsveç nümayəndələri ilə iyunun 27-də Brüsseldə daha bir görüş keçiriləcək.
Bunun ardınca NATO, Türkiyə, İsveç və Finlandiya arasında danışıqların yeni dövrəsi gözlənilir.
İbrahim Kalın bu barədə deyib: "Bu sammitə gəlməyimiz hələ geriyə addım atmağa hazır olmağımız demək deyil. Biz ümumən razılaşmaya gəlmişik, amma razılaşmadığımız bəzi məsələlər var. Əgər bunlar razılaşdırılsa, Madrid sammitinə də elə bununla gedəcəyik”.
Danışıqların həssaslığı ilə bağlı adının çəkilməsini istəməyən rəsmi deyib ki, İsveç və Finlandiya tərəfləri ilə əksər məsələlər razılaşdırılıb və razılaşdırılması lazım olan çox az sual qalır.
Bunlardan biri də NATO Nizamnaməsində üzvlər arasında silah ixracatına aid maddədir.
Bu maddəyə görə üzv ölkələr arasında silah qadağanı və ya embaroqsu ola bilməz.
İsveç və Finlandiya Türkiyə üzərinə silah embarqosunu 2019-cu ildə qoyublar.
***
Həmin rəsminin sözlərinə görə digər bir tələb də iki Skandinaviya ölkəsinin bəzi qruplaşmaları terrorçu kimi tanıması və bunlara üzv olan şəxslərin Türkiyəyə təslim edilməsidir.
“Reuters” yazır ki, Ərdoğanı qarşıdan gələn 12 ayda çətin seçki gözləyir.
Digər tərəfdən PKK Avropa İttifaqı və ABŞ tərəfindən terrorçu təşkilatlar siyahısına salınıb.
“Reuters” yazır ki, bu məsələdə sərt mövqe tutması Ərdoğanın reytinqini yüksəldib.
Bir Qərb diplomatı bildirib ki, Ərdoğan Finlandiya və İsveçin NATO üzvlüyünə əvvəl-axır yaşıl işıq yandıracaq və seçicilərə “qələbəsini” elan edəcək.