vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
DİGƏR NÖVLƏR  
13:32 | 9 oktyabr 2022 | Bazar Məqaləyə 1911 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Verstappen dünya çempionudur

FİA və FOM “Honda”nı xoşbəxt etmək üçün yarışa ləkə salır

Rauf HACIYEV

Rəsmiləşdi! Maks Verstappen ardıcıl ikinci dəfə Dünya Çempionu titulunu qazandı. Həm titul (2) sayında, həm də qələbə (32) sayında Fernando Alonsoya çatdı. Çempionluğa layiq idimi? Sona qədər. Onun qazandığı titula bir söz demirəm. Onsuz da son 4 yarışa çıxmasa belə, yenə çempion olardı, amma....

Amma qərar doğru idimi? Yox. FİA və FOM yenə edəcəyini elədi. Keçən il Verstappen necə çempion oldu. Bu il də Monako, Sinqapur yarışlarında açıq formada “Red Bull”a tərəf tutuldu. Keçən ili yenə keçmək olar. Çünki bəzi hallarda Hamiltona da güzəştlər olmuşdu. Məsələn, Ciddədə Hamilton üçüncü xəbərdarlığı alıb, yarışa 10 yer geridən başlamalı idi. Amma xəbərdarlıq verilmədi. 

Bu il isə əvvəlcə Monakoda Peres pit çxışında xətti tapdaladı, amma cəza verilmədi. Sinqapurda isə üç dəfə təhlükəsizlik maşını arxasında qayda pozdu. Yenə də cəza yoxdur. Sadəcə 5 saniyə cəza verilir. Gülməlidir. 

Bu gün isə FİA və FOM “Honda”nın könlünü xoş tutmaq üçün reqlamenti dəyişir və Verstappen ikiqat Dünya Çempionudur. Düzdür, buna bir söz demirəm. Onsuz da rahatlıqla ABŞ-da çempion olacaqdı. Amma belə olmaz. Bu Maks üçün də pisdir. Hər çempionluğuna bir ləkə salınır. Nə var-nə var “Honda” xoşbəxt olsun.