«Sovetski»dəki sükutun sirri
Hökumət ciddi etirazlar səbəbindən gözləmə mövqeyi tutub
Emil SALAMOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Deputatdan narazılıq
“Abutalıbovun səhvlərinə görə niyə vətəndaşlar əziyyət çəkməlidir?”
-
Bakıda söküntü skandalı
İstintaqa cəlb olunanların siyahısı böyüyə bilər
-
İstirahət günlərinin havası
Səyahət planlaşdıranların proqnoza baxması məsləhətdir
-
Abid Şərifovun “Alabala şirkəti”nin direktoru həbs olundu
Baş prokurorluq daha bir qrup iş adamının saxlanmasını açıqladı
-
“Hər hansı təsəvvür yoxdur”
Meriya prezidentin imzalayacağı sərəncamı gözləyir
-
Gül bayramı ləğv edilib?
Bakı Meriyasından açıqlama
-
«Çətin məsələdir»
Abid Şərifov dəhşətli yanğından danışdı
-
Sovetskidə söküntü qərarı
Meydana çıxan bəzi sualların cavabları sakinləri düşündürür
-
Daha iki min ailə köçürüləcək
«Sovetski»də növbəti proses başlanır
-
Abutalıbov üçün istefa hazırlığı
İddia olunur ki, Hacıbala Abutalıbovun səhhətinin gözlənilmədən gündəmə gətirilməsi iqtidarın onunla yollarını ayıracağına işarə ola bilər
-
«Hazırda iş başındayam»
Hacıbala Abutalıbov: «Şeytana uzun ömür və can sağlığı arzulayıram»
-
«Abutalıbovdan tələb edirəm o müdiri işdən çıxarsın»
Millət vəkili merə müraciət etdi
-
İki Şərifovun sabotajı
Ələt limanının tikintisində qorxunc maxinasiyalar, işıqlı projelər qaranlıq sularda necə batırılır
-
«26» adına görə 25 sutka cəza
Başıbəla kafenin icarədarı həbs olundu
-
«Məsuliyyət hissini itirib»
Prezidentin köməkçisi: «Akif Əlinin Lütfi Zadə haqqında qeyri-etik ifadələr işlətməsi yolverilməzdir»
-
«Ora əxlaqsız gecə klubu idi»
Hacıbala Abutalıbov: «Çox təəssüf edirəm ki, Yazıçılar Birliyinin rəhbərliyini indiyə qədər narahat etməyib»
«Kim qalmaq istəyirsə, qalsın». Bu, baş nazirin müavini Abid Şərifovun «Sovetski» məhəlləsinin plana düşməsi haqda son çıxışından sitatdır. A.Şərifov prezidentin tapşırığına istinad edir: «Cənab prezidentimizin mənə verdiyi tapşırığı vətəndaşlarımızın nəzərinə çatdırdım ki, heç bir vətəndaş zorla evindən çıxarıla bilməz». («Yeni Müsavat»)
A.Şərifovun timsalında əslində hökumət «Sovetski»yə qarşı loyallaşmasını nümayiş etdirib. Hökumət, bu məhəllədə yaşayanların keçirdiyi təşkilatlanmış mitinqin qabağında irəliyə addım atmaq istəmədi. Vəziyyətin daha da dramatik şəkil almasından çəkinərək, Təşkilat Komitəsi ilə danışıqlara üstünlük verildi.
Bakı meri Hacıbala Abutalıbov, Yasamalın icra başçısı İbrahim Mehdiyev, baş nazirin müavini və Maliyyə Nazirliyinin nümayəndələri davamlı olaraq sakinlərlə görüşlərə başladı. Bu da ondan xəbər verir ki, hökumət növbəti mitinqlərin daha izdihamlı baş tutacağından ehtiyat edib, kütləvi söküntülərin üsyanla nəticələnəcəyindən narahat olub.
Odur ki, evlərin hissə-hissə sökülməsi xətti seçilib və hakimiyyət heç bir vətəndaşı üstünə qaldırmaq istəmir. Hazırda bu siyasət davam etməkdədir və təklif olunan kompensasiya ilə razılaşanlar mənzillərini tərk edirlər.
Son günlər «Sovetski»dəki sakitliyin və hərəkətsizliyin əsas səbəbi də hökumətin yumşalma kursunu götürməsidir. Etirazların geniş miqyas alması heç də indiki situasiyada hakimiyyətə sərf etmir. Ancaq «Sovetski»nin böyük əksəriyyəti mənzilin kvadratına 1500 manat verilməsi ilə barışmayıb.
Hüquq müdafiəçisi, QHT-lərin Tarix, Mədəni və Təbii İrsi Qoruma Şəbəkəsinin koordinatoru Aytəkin İmranovanın sözlərinə görə, bu məsələdə qeyri-müəyyənlik var və hər iki tərəf gözləmə mövqeyində dayanıb.
A.İmranova bilirdi ki, kortəbii iş aparılır və hələ Bakının Baş Planı işə düşməyib: «Hələlik 2 illik plan təsdiqlənməyib. Ortada heç bir rəsmi sənəd yoxdur və aşağı səviyyədə iş aparılır. Abid Şərifov özü deyib ki, dövlət ehtiyacı üçün bu ərazi sökülmür.
Dövlət ehtiyacı deyilsə, onda niyə ortaya düşüblər? Gündə efirə bir plan çıxarılır, guya italyan şirkət gəlib bu massivdə park tikəcək. Yəni hələlik öz fəaliyyətdir».
A.İmranova qeyd etdi ki, hökumət düşünür, əhali gözləyir: «Böyük bir çaşqınlıq var. Camaat da aksiya keçirmir. Aksiya keçirsə, fikirləşəcəklər əhali köçməyə tələsir. Ona görə oturublar evlərində. Ümumiyyətlə, kortəbii iş gedir və sakitliyin səbəbi də hər iki tərəfin gözləmə mövqeyində dayanmasıdır.
Xatırladaq ki, «Sovetski» camaatı 2 dəfə mitinq keçirib və evlərinin sökülməsinə görə ödəniləcək təzminatın dəyərinə etiraz edib. İkinci aksiyada saxlananlar və inzibati həbs cəzası alanlar olub. Hökumət isə təzminatın məbləğinin dəyişməyəcəyini açıqlayıb.