vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MƏHKƏMƏ, İSTİNTAQ  
19:10 | 14 sentyabr 2017 | Cümə axşamı Məqaləyə 3404 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«26» adına görə 25 sutka cəza

Başıbəla kafenin icarədarı həbs olundu

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gün əvvəl fəaliyyəti dayandırılmış «26» kafesinin icarədarı həbs olunub. APA xəbər verir ki, Səbail rayon Məhkəməsinin qərarı ilə kafenin icarədarı Ramin Məmmədov 20, kafenin digər işçisi Həmid Əfəndiyev isə 25 sutka inzibati qaydada həbs ediliblər.

Qeyd edək ki, sentyabrın 8-də Bakının Səbail rayonu ərazisində, «Sahil bağı» (keçmiş «26 Bakı Komissarı» bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən «26» - «Twenty six» adlı kafe Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun iştirakı ilə bağlanıb.

H.Abutalıbov həmin gün jurnalistlərə açıqlamasında bildirib ki, Bakının mərkəzində «26» adlı kafenin açılması yolverilməzdir: «Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarları təəssüf ki, bu gün də yaşayırlar. Bunun nəticəsidir ki, Yazıçılar İttifaqının binasının bir hissəsi icarəyə götürüb, «26» sözünü nəinki Azərbaycan, hətta ingilis dilində də yazmağa cürət ediblər. Qoy, burada yaşayan erməni havadarları da başa düşsün ki, nə qədər Azərbaycan xalqı var, erməni daşnaklarına Azərbaycanda yer yoxdur».

H.Abutalıbov obyektin icarədarları və havadarlarının qanuna müvafiq olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlarını da deyib.